Missiya və məqsədlərimiz

E-mail Print PDF

ASR Konsaltinq və Araşdırma Qrupu Azərbaycanda idarəetmə konsaltinqi sahəsində fəaliyyət göstərən yerli şirkətdir. Güclü kadr potensialı ilə bazara girən şirkət göstərdiyi yüksək keyfiyyətli və fərqli yanaşmaya malik konsaltinq xidmətləri nəticəsində qısa müddətdə uğur qazanmış və fəaliyyət sahələrini genişləndirmişdir. Belə ki, qısa müddət ərzində iri şirkətlərlə əməkdaşlıq quraraq onlara konsaltinq və təlim xidmətləri göstərmişdir.

Missiyamız

Şirkətimizin missiyası idarəetmə konsaltinqi sahəsində müştərilərə keyfiyyətli xidmətlər göstərməklə onların rəqabətqabiliyyətliliyinin artırılmasına nail olmaqdır.

Prinsiplərimiz

Şirkətimiz aşağıdakı prinsipləri əsas tutaraq fəaliyyət göstərir:

·         Səmərəlilik;

·         Etibarlılıq;

·         Səmimilik;

·         Ədalətlilik;

·         Sosial məsuliyyətlilik;

·         Müştəriyönlülük.

Məqsədlərimiz

Şirkətimz öz  missiyasın  reallaşdırmaq üçün Azərbaycanda fəaliyyət göstərən firma və müəssisələrdə aşağıdakı tədbirləri həyata keçirməsini qarşısına məqsəd qoymuşdur:

1.      Beynəlxalq idarəetmə  (İSO 9001, İSO 14001, İSO 22000 və s.)  və məhsul standartlarının tətbiqi.

2.      Beynəlxalq  mühasibat və maliyyə uçotu standartlarının  tətbiqi.

3.      Kadrların peşəkarlığının artırılması və  heyətin idarə edilməsinin səmərəliliyini yüksəldilməsi.

4.      Səmərəli marketinq strategiyasının işlənməsi və tətbiq edilməsi.

5.      Korporativ Sosial Məsuliyyət(KSM) prinsiplərinin öyrənilməsi və fəaliyyətdə tətbiq edilməsi.

Xidmətlərimiz

ASR Konsaltinq və Araşdırma Qrupunun aşağıdakı sahələrdə xidmətlər göstərir:  

1.    Aşağıdakı menecment sistemlərinin tətbiqi üzrə konsaltinq və təlim xidmətləri:

·           İSO 9001: 2008 Keyfiyyət idarəetmə sistemi;

·           İSO 14001: 2004 Ətraf mühit idarəetmə sistemi;

·           OHSAS 18001: 2007 Əməyin mühafizəsi və təhlükəsizliyinin idarəetmə sistemi;

·           İSO  22000: 2005 Qida təhlükəsizliyinin idarəetmə sistemi;

·           İSO 27001: 2005 İnformasiya təhlükəsizliyinin idaəretmə sistemi;

·           İSO 9001, İSO 14001, İSO 18001 – İnteqrəedilmiş idarəetmə sistemləri;

·           İSO 9001, İSO 22000 - İnteqrəedilmiş idarəetmə sistemləri;

·           SA 8000, İSO 26000   - Sosial Məsuliyyət standartları.

Şirkətimiz menecment sistemin tətbiq etməkdə olan və artıq tətbiq etmiş şirkətlərə ilk və yeganə konsaltinq şirkəti olaraq aşağıdakı “Sisistem plyus” xidmətlərini də göstərir:

·         Şirkətin mühasibat uçotu sisteminin qurulması;

·         Şirkətin HR sisteminin qurulması;

·         Sistemlə əlaqəli və şirkətin profilinə uyğun mövzular üzrə heyətə təlimlərin keçirilməsi;

·         Şirkətlərə kadr təminatı və hazırlığı xidmətləri;

·         Outsoursinq xidmətləri (kadr hazıırlığı və təlim, müştərilərlə əlaqə, mühasibat uçotu və digər istiqamətlərdə);

·         Tətbiq edilmiş sistemin sənədləşməsinin avtomatlaşdırma xidmətləri;

·         Marketinq xidmətləri.

Yuxarıdakılarla yanaşı şirkətimiz sistemin tətbiqindən qaynaqlanan aşağıdakı əlavə xidmətləri də 

göstərir:

·        Müştəri məmnuniyyətinin ölçülməsi;

·        Müştəri şikayətlərinin idarəolunması;

·        Bençmarkinq;

·        Tədarükçülərin analizi və qiymətləndirilməsi;

·        Daxili audit;

·        Menecmentin təhlili;

·       Proseslərin optimallaşdırılması və təkmilləşdirilməsi;

·       Xəclərin və resurslardan istifadətinin optimallaşdırılması;

·       Keyfiyyəti təkmilləşdirmə planının hazırlanması;

·       Proseslər üçün normativlərin müəyyənləşdirilməsi;

·       Menecment sistemlərinin bütün aspektləri üzrə təlimlərin təşkili.

2.      Kadr hazırlığı və təlimlər üzrə xidmətlər.

ASR Konsaltinq və Araşdırma Qrupunun Kadr Hazırlığı və Təlimlər Departamenti aşağıdakı xidmətləri göstərir:

2.1.İxtisaslı kadrlarla təminat. Şirkətimiz aşağıdakı vəzifələr üzrə kadr hazırlığı və kadrla təminat xidmətləri göstərir:

·                Maliyyə meneceri (milli və beynəlxalq mühasibat uçotu standartları üzrə);

·                Mühasib (milli və beynəlxalq mühasibat uçotu standartları üzrə);

·                HR meneceri;

·                Satış meneceri;

·                Satış nümayəndəsi;

·                Marketinq meneceri;

·                Reklam və PR meneceri;

·                Keyfiyyət meneceri;

·                Ətraf mühit meneceri;

·                SƏTƏM meneceri;

·                Keyfiyyətə nəzarət üzrə mütəxəssis və s.

2.2.Təkmilləşdirmə kursları və təlimləri. Şirkətimiz aşağıdakı istiqamətlərdə yerli və ya xarici

mütəxəssislərin iştirakı ilə 100-ə yaxın yüksək səviyyəli təlimlər və kurslar da təşkil edir:

·               Menecment sistemləri (İSO 9001, İSO 14001, OHSAS 18001 və s.);

·               Marketinq, PR və satış;

·               Menecment;

·               İdxal-ixrac proseduraları;

·               Muhasibat uçotunun beynəlxalq standartları;

·               Korporativ sosial məsuliyyət;

·               Bisnesdə statistika və s.

3.     Araşdırma və logistika xidmətləri. Şirkətimiz malik olduğu professional və bir çox beynəlxalq təşkilatlara xidmət göstərmiş mütəxəssislər hesabına biznes və iqtisadi araşdırma xidmətləri göstərir. Eləcədə beynəlxalq təşkilatlara iqtisadi yönlü texniki dəstək layihələrin idarəolunması və həmin layihələr üzrə tədbirlərin təşkili üzrə logistika xidmətləri göstərir.

4.      Dizayn xidmətləri. Şirkətimizin nəznində fəaliyyət göstərən ASR Dizayn Studiyo hüquqi və fiziki şəxslərə qrafiki və veb dizayn xidmətləri göstərir. Bu xidmətlərə internet saytların yığılması, şirkətin korporativ stilinin hazırlanması, buklet, broşur və digər təbliğat materiallarının dizaynın hazırlanması və s. daxildir.

Last Updated ( Tuesday, 30 November 2010 15:58 )  
Share to Facebook Share to Twitter Share to Linkedin Share to Myspace Share to Delicious Share to Google 

Əlaqə

R. Behbudov küç., 25, m.1
Az 1014; Bakı; Azərbaycan

(+ 994 12) 595 13 37; 415 96 63
(+ 994 50) 359 95 75; 640 23 10
office@asrgroup.az
http://www.asrgroup.az

Ümumi məlumatlar

Buklet
Bu sənəd sizə şirkətimiz və onun fəaliyyətləri haqqında zəruri məlumatları təqdim edəcəkdir. Ümüdvarıq ki, əldə etdiyiniz məlumatlar Sizin və şirkətinizin qarşısında duran məsələlərin həlli sahəsində bizmlə əməkdaşlığa münbit zəmin formalaşdıracaqdır.
Xidmətlər
Şirkətimiz yerli firma və müəssisələr üçün beynəlxalq menecment sistemi standartları tətbiqi, idxal-ixrac, kadr hazırlığı və araşdırma sahələrində kompleks xidmətlər təklif edir. 
 
Partnyorlar
ASR Konlaltinq və Araşdırma Qrupu təsis olunduğu gündən etibarən ölkəmizdə fəaliyyət göstərən və həyata keçirdiyi işlərlə təqdirəlayiq uğurlar əldə edən biznes strukturları və təşkilatlarla əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.   
Ekspertlər
Müştərilərimizin məmnunluğu bizim üçün hər şeydən daha önəmlidir. Şirkətimizin əsas məhsulunun ximət olduğunu nəzərə alaraq, şirkətimiz öz ətrafında yüksək ixtisaslı, böyük təcrübəyə malik, vicdanlı və davamlı inkişaf xüsusiyyətləri ilə səciyyələnən mütəxəssisləri öz ətrafında cəmləmişdir.
 


You are here: Ana Səhifə HAQQIMIZDA