Baş direktor

E-mail Print PDF


          Baş direktor - Elxan Mikayılov

Mikayılov Elxan Əvəz oğlu 1984-cü ildə Ağdam rayonunda anadan olub. O, orta məktəbi bitirdikdən sonra 2001-ci ildə Azərbaycan Dövlət İqtisadi Universitetinin Standartlaşdırma və Sertifikatlaşdırma ixtisasına daxil olub. Universiteti yükək nailiyyətlərlə və fərqlənmə diplomu ilə bitirərək 2005--ci ildə eyni ixtisasın magistatura pilləsinə daxil olub. Magistaturanı da uğurla başa vuraraq fərqlənmə diplomu ilə bitirib. Hələ universitet illərdə geniş elmi, ictimai və iş fəaliyyətinə başlayan Elxan Mikayılov bir çox elmi nailiyyətlər əldə etmişdir. Təhsil aldığı və sonrakı illərdəki elmi fəaliyyətinin nəticəsində 15-ə yaxın elmi əsər, 2 tədqiqat materialı və 1 kitab yazmışdır.

Hazırda O, dissertasiya işi üzərində işləyir. Həm diplom işləri, həm də dissertasiya işi İSO standartları və onların Azərbaycanda tətbiqi məsələləri üzrə olan Elxan Mikayılov idarəetmə sistemi standartları üzrə dərin nəzəri və praktiki biliklər əldə etmiş, kitab və məqalələr yazmış və bir neçə yerli və xarici şirkətə İSO 9001 idarəetmə sisteminin qurulması üzrə konsaltinq xidməti göstərmişdir. 2006-cı ildə isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqi ilə Azərbaycandan Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) sosial məsuliyyət üzrə rəsmi eksperti seçilmişdir. Bundan sonra o sosial məsuliyyət üzrə mütəxəssis biliklərinə yiyələnərək İSO 26000 standartının hazırlanmasında Azərbaycan tərəfdən iştirak etmiş və İSO-nun Çilinin Santiyaqo şəhərində keçirilən işçi qrupunun iclasında Azərbaycanı təmsil etmişdir.

İş fəaliyyətinə hələ tələbəlik illərində başlayan Elxan Mikayılov 2005-cı ildə Qlobal İqtisadi Araşdırmalar Mərkəzinin Layihələr və İnnovasiyalar Şöbəsinin müdiri kimi uzun müddət fəaliyyət göstərmişdir. Bu müddətdə O, iqtisadi tədqiqatların aparılması, layihələrin həyata keçirilməsi, konfransların təşkili və digər fəaliyyətləri həyata keçirmişdir. Belə ki, beynəlxalq standartların Azərbaycanda tətbiqi ilə bağlı ilk tədqiqat apararaq “Azərbaycanda beyəlxalq standartların tətbiqi sahəsində mövcud vəziyyət: araşdıram nəticələrinin analitik hesabatı” adlı hesabat çap edilmişdir. Bundan yanaşı O, həmin təşkilat vasitəsilə Alman Texnik Əməkdaşlıq Təşkilatının (Gtz) layihəsində kiçik və orta sahibkarlıq üzrə ekspert, Beynəlxalq Büdcə Təşkilatının layihəsi çərçivəsində büdcə sistemi üzrə ekspert, ABŞ Səfirliyinin “ÜTT-yə üzvlüyün səmərələri üzrə özəl sektorun məlumatlılığının artırılması layihəsi”nin koordinatoru və eksperti, USAİD-nin Kounterpart İnternational təşkilatı vəsitəsilə həyata keçirdiyi proqramı çərçivəsində “ÜTT-yə üzvlüyün səmərələri haqqında özəl sektorun məlumatlılğının artırılması və ictimai vəkilliyin təşviqi” layihəsinin koordinatoru və eksperti kimi çalışmış və “Azərbaycanın ÜTT-yə üzvlüyü və özəl sektor” adlı hesabatın müəlliflərindən biri olmuşdur.

Paralel olaraq O, 2007-ci ildə mütəxəsis sahəsini genişləndirərək USAİD-nin FORCAST layihəsi çərçivəsində Ümumdünya Ticarət Təşkilatı üzrə yerli konsultant kimi fəaliyyətə başlamışdır. Daha sonra isə O, USAİD-in Azərbaycanda Ticarət və İnvestisiya İslahatlarına Dəstək Proqramının ÜTT Qrupunun koordinatoru kimi fəaliyyətini davam etdirmişdir. 2 il ÜTT məsələləri üzrə işləməklə ÜTT-nin Sazişləri və əhatə etdiyi sahələr, o cümlədən, gömrük, standartlaşdırma, xarici ticarət, xidmətlər, kənd təsərrüfatı və digər sahələrdə mütəxəssis bilikləri əldə etmiş və Azərbaycanın ÜTT-yə üzvlüyü prosesində yaxından iştirak etmişdir. 2009-cu ildə isə Azərbaycan Marketinq Cəmiyyətində layihələr üzrə menecer kimi işləməyə başlamışdır. 1 il ərzində həmin Cəmiyyətdə işləməklə O, Azərbaycan Marketinq Cəmiyyətinin İslam İnkişaf Bankı ilə islam iqtisadiyyatı üzrə və Beynəlxalq Ticarət Təşkilatı ilə isə ticarət və ixrac məsələləri üzrə əməkdaşlığı istiqamətində çalışmışdır. Paralel olaraq O, 2009-cu ildə təsis edilən ASR Konsaltinq və Araşdırmalar Qrupunun həmtəsisçilərindən biri və Konsaltinq Xidmətləri şöbəsinin müdiri kimi fəaliyyətə başlamışdır. Şirkətdə fəaliyyəti müddətində O, İSO standartları üzrə konsaltinq xidmtələrinin göstərilməsinə rəhbərlik etmiş və özüdə həmin xidmətlərin göstərilməsində iştirak etmişdir. Həmin il O, həmçinin Avropa Birliyi layihələri çərçivəsində gömrük və xarici ticarət üzrə təlimçi kimi fəaliyyətə başlamış və dövlət orqanı işçilərinə təlimlər keçmişdir. Beləliklə O, əldə etdiyi təcrübələr əsasında standartlaşdırma, gömrük, keyfiyyəti idarəetmə və İSO, beynəlxalq ticarət və ÜTT, islam iqtisadiyyatı və ticarət siyasəti üzrə mütəxəsis kimi formalaşmışıdr. 2010-cu ildən isə O təkrarən USAİD-nin Ticarət və İnvestisiya İslahatlarına Dəstək Proqramının ÜTT-qrupunun yerli rəhbəri kimi fəaliyyətini davam edirmiş və layihə bitdikdən sonra başlayan yeni Azərbaycan Rəqabətlilik və Ticarət Layihəsinin Ticarət mühiti komponentinin rəhbəri (Team Leader) vəzifəsində işlərini davam etdirmişdir. Hal-hazırda da həmin işlərini davam etdirir. Paralel olaraq O, ASR Konsaltinq və Araşdırmalar Qrupunun baş direktoru seçilmiş və hazırda həmin vəzifəsini də uğurla həyata keçirir.

Yuxarıda qeyd olunanlarla yanaşı O, ötən illər ərzində iqtisadçı ekpert kimi tanınmış və mütəmadən televiziya kanallarına və digər media orqanlarına iqtisadi məsələlər üzrə müsahibə verərək ictimai proseslərdə fəal iştirak edir.

  
Last Updated ( Tuesday, 26 October 2010 05:52 )  
Share to Facebook Share to Twitter Share to Linkedin Share to Myspace Share to Delicious Share to Google 

You are here: Ana Səhifə Baş direktor