Şirkətimiz ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən layihədə iştirak edəcək.

E-mail Print PDF

 USAID Azərbaycan bir sıra yeni proqramların həyata keçirilməsini planlaşdırır. Proqramlar üç istiqaməti əhatə edir. Birinci layihə 

əlverişli daxili işgüzar mühitin yaxşılaşdırılması, daha şəffaf və azad ticarət mühitinin inkişafı və Azərbaycanın kənd təsərrüfatı sektorunda müəyyən olunmuş dəyər zəncirlərinin təkmilləşdirilməsinə yönəlmiş üç illik layihədir. Layihə İqtisadi İnteqrasiya Forumu, Praqma Korporasiyası və ASR Konsaltinq və Araşdırma Qrupu ilə əməkdaşlıq şəraitində Sibley İnternational tərəfindən həyata keçiriləcək. Şirkətimizin cəlb edildiyi “Azərbaycanda rəqabətqabiliyyətlilik və ticarət” adlı layihəsinidə ASR Konsaltinq və Araşdırma Qrupu olaraq biz bu sahələrdə əldə edilən cari effektiv nailiyyətlər əsasında hazırlanan ticarət/ÜTT tədbirlərinə dəstək göstərəcəyik.

Last Updated ( Monday, 25 October 2010 12:30 )  
Share to Facebook Share to Twitter Share to Linkedin Share to Myspace Share to Delicious Share to Google 
You are here: Ana Səhifə