“Niyə yerli şirkətlər İSO Standartlarını tətbiq etməlidir” mövzusunda seminar keçiriləcək

E-mail Print PDF
Sizləri ASR Konsaltinq və Araşdırma Qrupu-nun 9 Aprel  tarixində təşkil etdiyi  “Niyə yerli şirkətlər İSO Standartlarını  tətbiq etməlidir” mövzusunda seminarda  iştirak etməyə dəvət edirik.


Seminarın tərkibi...
  • ISO standartının şirkətinizə verəcəyi səmərələr
  • ISO standartı şirkətinizin ehtiyaclarını necə ödəyir
  • ISO standartının effektiv tətbiq yollarını öyrənmək
  • ISO standartı haqqında yanlış təsəvvürlər, yanlış tətbiqinin zərərləri və onların doğurduğu problemlər
  • ISO standartı üzrə xidmət göstərən konsaltinq və sertifikatlaşdırma şirkətlərinin nöqsanlarından xəbərdar olub, daha əlaqəli şərtlərlə İSO standartlarının   effektivliyinə nail olmaq


Seminarın məqsədi...

Tədbirin keçirilməsinin  məqsədi şirkətləri İSO standartlarının (İSO 9001, İSO 14001, İSO 22000)  tətbiqinə təşviq etmək, eləcədə bu sahədə olan problemləri və onların nəzərə almalı olduğu məqamlar haqqında onları məlumatlandırmaq, eləcədə  onların sertifikatlaşdırılma və konsaltinq şirkətləri tərəfindən aldadılmasının qarşısının alınmasından ibarətdir...


Gözlənilən nəticələr...

Tədbirdə  İSO standartlarının (İSO 9001, İSO 14001, İSO 22000) tətbiqinin yerli şirkətlərin aradan qaldıracağı problemlər və onun tətbiqi səmərələri, effektiv tətbiqi qaydaları və şərtləri, eləcədə aparılmış araşdırmalar nəticəsində indiyədək tətbiq edən yerli müəssisələrdə mövcud olan problemlər və yalnış təsəvvürlər, Azərbaycanda fəaliyyət göstərən sertifikatlaşdırma və konsaltinq şirkətləri və onların fəaliyyətlərinin təhlili haqqında iştirakçılara məlkumat veriləcək.

Tədbirdə İSO Standartlarını tətbiq etməkdə maraqlı olan və tətbiqə qərar vermək istəyən, eləcədə səmərəli tətbiqə nail olmaq istəyən şirkətlərin rəhbərləri və qərarverən şəxsləri iştirak edə bilər.

Qeyd edək ki, bu tip tədbir Azərbaycanda ilk dəfə keçirilir. Tədbirdə İSO 9001 tətbiqi və sertifikatlaşdırılma qaydaları haqqında iştirakçıların bütün sualları cavablandırılacaq.

Seminar ödənişsizdir !

Tədbiri ASR Konsaltinq və Araşdırma Qrupunun baş direktoru, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Ticarət və İnvestisiya İslahatlarına Dəstək Proqramının ÜTT üzrə qrupunun yerli rəhbəri və Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) rəsmi eksperti Elxan Mikayılov və ASR Konsaltinq və Araşdırma Qrupunun konsaltinq meneceri İSO standartları üzrə ekspert Fuad Ağayev aparacaqlar.
9 Aprel
Saat 14:00


Fasilə: Çay-kofe  fasiləsi


Seminarın müddəti
 3 saat

Seminarın dili
Azərbaycan  dili
Seminar interaktiv üsulla keçiriləcəkdir.


Qeydiyyat !!!
Seminarda iştirak etmək istəyən şirkət nümayəndələri aşağıdakı əlaqə vasitələri ilə əlaqə saxlamaqla qeydiyyatdan keçə  bilərlər.   

Yerlər məhduddur ...            


Əlaqə

ASR Konsaltinq və Araşdırma Qrupu MMC
Təlimin keçirilmə yeri
Rəşid Behbudov 25, m 1 (Mərkəzi Bankın yaxınlığı)         
Əlaqə vasitələri:  (012) 415 96 63
                      (012) 495 13 37
                     Mob: (055) 205 08 18   (Elmir Səlimov, təlimlər üzrə kordinator)  
                     E-mail: This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it                                            
                     Elektron ünvan: www.asrgroup.az
                     www.asrkadr.az

Last Updated ( Tuesday, 15 March 2011 13:57 )  
Share to Facebook Share to Twitter Share to Linkedin Share to Myspace Share to Delicious Share to Google 
You are here: Ana Səhifə