KSM nədir?

E-mail Print PDF
 
Korparativ sosial məsuliyyət menecment konsepsiyası olmaqla şirkətlərin biznes əməliyyatlarında və tərəfdaşları ilə münasibətlərdə sosial və ətraf mühit məsələlərini nəzərə almasını əks etdirir. KSM şirkətin öz fəaliyyətində sosial, ictimai və ətraf mühit məsuliyyətini nə dərəcədə dərk etməsi və tətbiq etməsini sübut edir. Yəni, şirkətlərin kommersiya maraqları ilə yanaşı cəmiyyətdə malik olduqları sosial rolu dərk etməsini göstərir.  

KSM-ə şirkətin aşağıdakı məsələlərlə bağlı fəaliyyətləri daxildir:
1. Təşkilatı idarəetmə
2. İnsan hüquqları 
3. Əmək təcrübələri (təhlükəsizlik, iş şəraiti, insan inkişafı və s.)
4. Ətraf mühit
5. İstehlakçılarla bağlı məsələlər (təhlükəsizlik, ədalətli marketinq, istehlakçılara xidmətlər və s.)
6. Ədalətli fəaliyyət prinsipləri (anti – korrupsiya, ədalətli rəqabət və s.)
7. İctimai inkişaf və cəlb olunma (sosial investisiya, təhsil və mədəniyyətin inkişafı və s.)  

KSM-in prinsipləri 
Beynəlxalq təcrübəyə əsasən KSM-in prinsipləri aşağıdakılardır:
• Cavabdehlik. Bu prinsipə əsasən şirkət öz fəaliyyətinin cəmiyyət və ətraf mühit üzərində təsirlərinə görə cavabdehlik daşımalıdır. 
• Şəffaflıq. Şirkət cəmiyyətə və ətraf mühitə təsir edən qərarlarında və fəaliyyətlərində şəffaflığı təmin etməlidir;
• Etik fəaliyyət. Şirkət fəaliyyəti düzgünlük, insaflılıq və toxunulmazlıq kimi etik prinsiplər üzərində qurulmalıdır;
• Tərəfdaşların maraqlarına hörmətlə yanaşmaq. Şirkət öz tərəfdaşlarının maraqlarına hörmətlə yanaşmalı, nəzərə almalı və cavab verməlidir. 
• Qanunun maraqlarına hörmətlə yanaşmaq. Şirkət qəbul etməlidir ki, qanunvericiliyin göstərişləri məcburidir və əməl edilməlidir;
• Fəaliyyətin beynəlxalq prinsiplərinə hörmətlə yanaşmaq. Şirkət öz milli qanunvericiliyə hörmətlə yanaşılması prinsipini qorumaqla öz fəaliyyətinə dair beynəlxalq normalara da mümkün qədər əməl edilməsinə cəhd göstərməlidir. 
• İnsan hüquqlarına hörmət. Şirkət insan hüquqlarına hörmətlə yanaşmalı və bunun vacibliyin və universallığın qəbul etməlidir. 

KSM-in tətbiqinin səmərələri 
Müasir dövrdə şirkətlərin istehlakçıları qarşısında etimadının formalaşması və beləliklə satışının artması reklamdan daha çox həmin şirkətin KSM sahəsindəki fəaliyyətindən qaynaqlandır. Belə ki, KSM fəaliyyəti istehlakçılarda şirkətə qarşı daha səmimi fikir formalaşdırmaqla şirkətin yalnız öz kommersiya maraqlarını deyil, insanların və ətraf mühitin maraqlarını nəzərə alması təəssüratı yaradır. Digər tərəfdən, reklam şirkətlərin hər hansı məhsulunun imicin formalaşdırırsa, KSM fəaliyyətləri ümumilikdə şirkətin özünün müsbət imicini yaradır ki, bu da onun bütün məhsullarının satışına təsir göstərir. Bunlarla yanaşı KMS-in şirkət üçün aşağıdakı səmərələri var:
• Firmanın işgüzar nüfuzunun və imicinin formalaşdırılması və möhkəmləndirilməsi;
• Qərarların verilməsi prosesin sürətləndirilməsi və sosial və ətraf mühit risklərinin azaldılması; 
• KSM prinsiplərinin yerinə yetirilməsi nəticəsində işçilərin müdafiəsi baxımından yaxşı imicin formalaşması və beləliklə təcrübəli kadrları cəlb etmə imkanın əldə edilməsi;
• Qanunvericiliyin tələblərinə daha yaxşı uyğunlaşmanın təmin olunması və yoxlamaların və cərimələrin azaldılması;
• Korporativ inkişafın əldə edilməsi
• Əməliyyat, tənzimləyici və ətraf mühit xərclərinin azaldılması;
• Ekoloji siyasət və təbii resurslardan istifadənin təmin olunması;
• İnsan resurslarının səmərəli idarə edilməsi
• İnsan haqlarına riayət olunması (səhiyyə, əməyin qorunması və təhlükəsizliyi);
• Yerli özünü idarəetmə, hökumət və ictimai təşkilatlarla ümumi sosial problemlərin həllində tərəfdaşlığın qurulması;
• Təchizatçılarla və alıcılarla əməkdaşlığın sosial aspektinin effektiv idarə edilməsi; 
• Şirkətinin PR (ictimaiyyətlə əlaqələr) fəaliyyətinin gücləndirilməsi;
• İnvestisiya cəlbediciliyini artması və investorların tələblərinə daha çox uyğunluğun təmin olunması;
• Müəssisənin fəaliyyətinin ictimaiyyət qarşısında şəffaflığının yüksəlməsi;
• Davamlı Milli inkişafa sosial töhfənin verilməsi və s.
Aparılmış araşdırmalar göstərir ki, müştərilər KSM sahəsində fəaliyyət göstərən şirkətlərin mallarına daha çox üstünlük verirlər. Belə ki, Kanada da aparılmış araşdırmalar göstərir ki, istehlakçıların 55 %-i KSM fəaliyyətli şirkətlərin məhsulların alırlar. Kanada şirkətlərindən bir qisminin rəhbərlərinin 82 %-i hesab edir ki, KSM gəlirlərin artmasına xidmət edir. Digər tərəfdən 91 % işçi KSM tətbiq edən şirkətdə işləməkdə maraqlıdır.
Last Updated ( Monday, 11 January 2010 13:00 )  
Share to Facebook Share to Twitter Share to Linkedin Share to Myspace Share to Delicious Share to Google 
You are here: Ana Səhifə