Ekspertlərimiz
Thursday, 07 May 2009 10:46
administrator
Beynəlxalq Menecement sistemləri
|  | ASR Konsaltinq və Araşdırma Qrupu öz ətrafinda Azərbaycanda menecment sistemləri üzrə ən güclü mütəxəssisləri cəmləmişdir. Belə ki, bizim mütəxəssislər uzun illərin təcrübəsi ilə yanaşı menecment sistemləri ilə əlaqəli ixtisaslarda magistr, aspirant və elmlər naimzədi dərcələrinə malikdirlər. Eləcədə onlar bir çox tanınmış təlimlərin iştirakçı olmuş və əksəriyyətinin müxtəlif menecment sistemi üzrə İRCA (Sertifikatlaşdırılmış Auditorların Beynəlxalq Reyestri) qeydiyyatına malikdirlər. Mütəxəssislərdən bir neçəsi eyni zamanda İRCA qeydiyyatlı təlimlərin aparıcısıdırlar. Beləliklə, bizim mütəxəssislərimiz bu sahədə geniş təcrübə ilə yanaşı, bu sahədə baza təhsilə və dərin elmi biliklərə malikdirlər ki, bu da bizim əsas üstünlüyümüz və xidmətlərimizin yüksək keyfiyyətinin təminatçılarından biridir. Mütəxəssislərimizin təcrübəsinə gəldikdə isə onlar Azərbaycanda ümumilikdə 40-dan artıq şirkətdə sistemin tətbiqi üzrə konsaltinq və 20-dən artıq şirkətdə isə sistemin sertifikatlaşdırılması üzrə auditor təcrübəsinə malikdir. Mütəxəssislərimizin əksəriyyətinin müxtəlif şirkətlərdə sistem üzrə menecer çalışması ve digər biznes proseslərində təcrübələrinin də olması müştəri şirkətin əməliyyatlarını daha dəqiq qiymətləndirməyə və sistemin tətbiqini reallığa uyğun və yüksək keyfiyyətlə aparılmasına imkan verir ki, bu da onların digər üstünlüklərindən biridir. Mütəxəssislərimizin əsas üstünlüklərindən biri də şirkətimizə və prinsiplərimizə sadiq olmaları və xidmətin göstərilməsi zamanı müştəri məmnuniyyətini əsas tuta bilmək qabiliyyətlərinin olmasıdır.
| | Mühasibat uçotu |  | Şirkətimizdə mühasibat uçotu və onun beynəlxalq standartları üzrə elmi potensiala malik, çap materiallarının müəllifləri və bir çox tanınmış təlimlərin iştirakçıları olan mütəxəssislər toplanmışdır. Belə ki, onların əksəriyyəti maliyyə Nazirliyinin rəsmi sertifikatın almış və bir çox beynəlxalq təşkilatların tışkil etdiyi təlimlərdə iştirak etmişdir. Mütəxəssislərimizin əsas üstünlüklərindən biri də onların kommersiya və qeyri kommersiya qurumlarının mühasibat uçotu üzrə praktiki təcrübələrinin olması, eləcədə mühasibat uçotunun beynəlxalq standartları üzrə kursların Azərbaycan dilində ilk aparıcıları olmalarıdır. Bununla yanaşı mütəxəssislərimizin yeni mühasibat uçotu standartlarının şirkətlərdə tətbiqi üzrə konsaltinq təcrübələri də mövcuddur. | İdxal-ixrac və ÜTT
|  | İdxal - ixrac üzrə mütəxəssislərimiz müvafiq sahədə magistr və aspirant təhsilinə malik, idxal-ixrac və Ümumdünya Ticarət Təşkilatına aid çap materiallarının müəllifi, ölkədə xaricdə təşkil edilmiş beynəlxalq təlimlərin və rəsmi tədbirlərin iştirakçıları olmuş şəxslərdir. Onlar idxal-ixrac əməliyyatları üzrə praktiki təcrübəyə malik olmaqla yanaşı, Azərbaycanın ÜTT-yə üzvlük prosesində fəal iştirak etmiş və bu sahədə müvafiq dövlət orqanları ilə bir neçə illik təcrübəyə malikdirlər. Bizim mütəxəssislərimiz həmçinin Azərbaycanın xarici ticarət rejiminə dair 20-dən artıq qanunvericilik aktının işlənməsi və ya təkmilləşdirilməsində iştirak etmişdir. Odur ki, onlar idaxl-ixracın praktiki məsələləri ilə yanaşı bunun qanunvericilik əsaslarını da yüksək səviyyədə bilirlər.
| | Korporativ Sosial Məsuliyyət |  | ASR Konsaltinq və Araşdırmalar Qrupu korporativ sosial məsuliyyət üzrə konsaltinq xidməti göstərən yeganə şirkət olmaqla öz ətrafında bu sahədı tanınmış mütəxəssisləri cəmləşdirmişdir. Belə ki, şirkətimizdə KSM üzrə beynəlxalq ekspert fəaliyyət göstərir ki, o Azərbaycanı Beynəlxalq Standartlaşdırma Təşkilatının sosial məsuliyyət üzrə işçi qrupunda təmsil edir və İSO 26000 KSM standartının hazırlanmasında yaxından iştirak edir. Bununla yanaşı mütəxəssislərimizin KSM-in şirkətlərdə tətbiqi və təlimlər üzrə geniş təcrübəsi var.
| Marketinq
|  | Marketinq üzrə beynəlxalq dərəcəli, Eurocommerce və National Retailer Federation (NRF) –nın (NewYork) üzvü, 40-a yaxın ölkədə təcrübə mübadiləsi olan, Marketinq sahəsində elmi əsərlərin və çap materiallarının müəllifi olan mütəxəssislər çalışır. Həmin mütəxəssislər Marketinq sahəsində 100-dən artıq şirkətə 300-dən artıq təlimlərin keçmiş və hazırda beynəlxalq təlimlərin aparıcılarıdırlar. Həmçinin onların bir çox şirkətdə marketinq meneceri təcrübələri də mövcuddur. | Disayn
|
 | ASR Konsaltinq və Araşdırma Qrupu öz ətrafında veb və qrafik dizayn sahəsində yüksək biliklərə mailk olan mütəxəssisləri öz cəmləyərək ASR Dizayn adı altında müxtəlif xidmətlər təklif edir. Malik olduğumuz mütəxəssislər 10-la şirkətin saytının, korporativ stil elementlərinin, loqo və digər çap vasitələrinin hazırlanmasını həyata keçirməklə müasir veb və qrafik dizayn proqramları sahəsində geniş biliklərə malikdirlər.
|
Last Updated ( Thursday, 02 July 2009 12:54 )
|
|
|
|
|