İSO 22000 Qida Təhlükəsizliyinin İdarəetmə Sistemi
İSO-22000:2005 qida sənayesi üçün özünənəzarət sistemi olaraq, qida təhlükəsiziliyi və qida çirklənməsi ilə bağlı problemlərin aradan qaldırılmasına əsaslanır. Bu, qida təhlükəsiziliyinə təminat vermə sistemidir. Bu beynəlxalq standart, qida məhsulunun təhlükəsizliyinin idarəetmə sisteminə tələbləri müəyyən edir, eyni zamanda qida məhsulunun təhlükəsizliyinin təmin edilməsi məqsədilə qida sırası boyunca son istehlak nöqtəsinə qədər aşağıda qəbul edilmiş elementləri birləşdirir:
- interaktiv məlumatlar mübadiləsi;
- sistemli idarəetmə;
- ilkin şərtlər proqramı;
- HACCP prinsipləri.
Qida zənciri boyu hər bir mərhələdə qidanın keyfiyyətli olmasını təmin məqsədilə bütün təhlükələrin vaxtında müəyyən edilməsi və lazımı səviyyədə nəzarətin həyata keçirilməsi üçün məlumatlar mübadiləsi vacibdir.
Qida təhlükəsizliyi sisteminin normal fəaliyyət göstərməsi ilk növbədə, müəssisənin çoxsaylı bölmələri arasında nizamlı bir əlaqənin qurulması və səmərəli idarəetmənin həyata keçirilməsi şərti ilə mümkündür. Bu yanaşma müəssisə və əlaqəli bölmələr arasında maksimum faydalılığı təmin edir.
İstehsal mühitində kimyəvi, bioloji, fiziki çirklənmələrin məhsula düşmə ehtimalını, habelə çarpaz (qarşılıqlı) çirklənmə də daxil olmaqla bu təhlükələrin səviyyələrini aradan qaldırmaq üçün müəssisə tərəfindən ilkin şərtlər proqramı hazırlanmalı, tətbiq edilməli və o işçi vəziyyətdə saxlanılmalıdır.
Sistem insan sağlamlığı üçün potensial təhlükələrin qarşısının alınması üçün müəyyən edilmiş fəaliyyətlərə əsaslanır. Bu fəaliyyətlərin bəzisi məcburidir və istehlakçılar üçün təhlükəsiz qidaya təminat vermək məqsədilə dövlət tərəfindən tələb edilir. Qanunla bağlı belə işlərdə qida məhsullarının istehsalı ilə məşğul olan müəssisələr bu tələblərə riayət etməlidirlər.
İSO-22000:2005 – ın məqsədi
İSO-22000:2005 - qida istehsalı üzrə təhlükələrinin araşdırılması, qiymətləndirilməsi və qarşısının alınmasına davamlı yanaşmadan ibarət sistemdir. İSO-22000:2005 qəbul edilməli ümumi prinsip və metodları müəyyən edir. Bu prinsip və metodları tətbiq etməklə hər bir təşkilat özünün iş təcrübəsinə, şəraitinə və istehsal üsuluna xas olan sistemi həyata keçirə bilər. Odur ki, İSO-22000:2005 qida təhlükəsizliyinin praktiki təminat və həyata keçirmək üçün menecment imkanını verən təhlillər sistemidir. Bu standart İSO 9001-in menecment sistemini və HACCP standartının prinsiplərini özündə cəmləşdirir.
İSO-22000:2005-ın prinsipləri
- İSO-22000:2005 qida istehsalı zamanı kritik nöqtələri müəyyən etməklə bütün qida istehsalı mərhələlərinin (xam materialın emalından tutmuş qida məhsullarının istehsalına və onların müştərilərə çatdırılmasına qədər) sistematik şəkildə qiymətləndirilməsini nəzərdə tutur. Beləliklə, İSO-22000:2005 yalnız son məhsulun yoxlanmasını deyil, bütün istehsal və çatdırılma proseslərində qida təhlükəsizliyinə nəzarət etmə sistemidir. Kritik nöqtə dedikdə qida məhsulunun istehsalı prosesində onun təhlükəsizliyinə təsir edə bilən və nəzarət edilməsi zəruri olan istehsal mərhələsi nəzərdə tutulur.;
İSO-22000:2005 HACCP-dan qaynaqlanan yeddi prinsip əsasında qurulmuşdur:Bioloji, kimyəvi və fiziki olaraq bütün potensial qida təhlükələrinin müəyyənləşdirilməsi - Xammal, anbarlar, istehsal prosesi, çatdırılma və istehlak mərhələlərində kritik nəzarət nöqtələrinin müəyyənləşdirilməsi
- Kritik limitlərin və qabaqlayıcı addımların müəyyənləşdirilməsi, məsələn minimum bişmə temperaturu və zamanı
- Kritik nəzarət nöqtələrinin monitorinq sisteminin işlənməsi
Korrektəedici addımların müəyyənləşdirilməsi - Qeydlərin aparılması
- Sistemin müstəqil üçüncü tərəf vasitəsilə sistematik və müntəzəm olaraq yoxlanılması
İSO 22000:2005 – in tətbiq edilmə mərhələləri
Bu standartın tətbiq edilmə mərhələləri müvafiq müəssisədə əvvəlcədən İSO 9001 və HACCP-ın tədbiqindən bir başa aslıdır. Belə ki, bu standartların tətbiq olunduğu halda İSO 22000-in də tətbiqi xeyli asanlaşır. Standartın tətbiqi üçün ilkin olaraq aşağıdakılar müəyyənləşdirilir:
- İnsan sağlamlığı üçün bütün potensial təhlükələrin müəyyən edilməsi;
- Təhlükəni və onun ciddiliyini müəyyənləşdirilməsi;
- Onun yaranma ehtimalı dəqiqləşdirilməsi;
- Daha sonra riski - təhlükənin baş vermə mümkünlüyünü və baş verə biləcək nəticələri müəyyən edilməsi;
- Standartın tətbiqinə qərar verilməsi və bunun üçün lazım olan resursların ayrılması;
- Standartın tətbiqində çalışacaq heyətin müəyyənləşdirilməsi və təsdiqi;
- Müəssisədə təhlil apararaq onun mövcud sisteminin standartın tələblərinə uyğunluq səviyyəsinin qiymətləndirilməsi;
- Zəruri məlumatların (standartların, tənzimləyici sənədlərin və müştərilərin tələblərinin) toplanması;
- Standartın tətbiqi üzrə fəaliyyət planının hazırlanması və təsdiqi;
- Heyət tərəfindən standart tərəfindən tələb olunan digər proseslərin müəyyənləşdirilməsi və sənədləşdirilməsi;
- Qida Təhlükəsizliyi siyasətinin və məqsədlərin müəyyənləşdirilməsi;
- Kritik nöqtələrin və HACCP planlarının müəyyən olunması;
- Menecmentin təhlili və zəruri sənədləşdirmənin aparılması, eləcədə vəzifə təlimatlarının və digər sənədlərin hazırlanması;
- Müəssisənin işçilərinə təlimlərin keçirilməsi;
- Daxili auditin aparılması.
İSO-22000:2005 kimə lazımdır?
Hal-hazırda istehlakçılar tərəfindən göstərilən tələb ərzaq istehsalçılarını və ümümiyyətlə qida sektorunda işləyən bütün digər strukturları və köməkçi təsərrüfatları daha təhlükəsiz ərzaq menecmenti sistemlərini, əsas olaraq İSO-22000:2005 standartını tətbiq etməyə sövq edir. İSO-22000:2005 Avropa, ABŞ və bəzi Asiya ölkələrində ərzaq ilə bağlı bütün biznes sahələri üçün vacibdir və bu ölkələrin bazarlarına girmək istəyən hər hansı bir ərzaq istehsalçısı mütləq bu sistemə malik olmalıdır.
İSO 22000:2005 təsirləri
Bu standartın tətbiqi müəssisədə aşağıdakıların olmasına gətirib çıxaracaq:
- rəhbərlik tərəfindən hazırlanmış Qida Təhlükəsizliyi Siyasəti
- bu siyasətə uyğun fəaliyyətə imkan verən konkret məqsədlər;
- planlaşdırılmış və sənədləşdirilmiş menecment sistemi;
- sistemin fəaliyyətinin qeydiyyatı;
- yüksək bilikli qida təhlükəsizliyi mütəxəssislərindən ibarət heyətin formalaşması;
- müəssisə xarici tərəflər (tənzimləyici orqanlar, müştərilər, təchizatçılar və s.) ilə əlaqələrin tənzimləyən kommunikasiya planının hazırlanması və tədbiqi
- fövqəladə hallar üçün plan
- Qida Təhlükəsizliyi Menecement Sisteminin fəaliyətini təhlil etmək üçün menecmentin təhlil görüşlərinin keçirilməsi;
- sistemin fəaliyyəti üçün resursların optimal istifadəsi və zəruri iş mühitnin formalaşdırılması
- HACCP prinsiplərinin müəssisədə tədbiqi
- məhsula olan tələblərin izlənmə sisteminin yaradılması
- korrektəedici tədbirlər sisteminin yaradılması və uyğunsuz məhsullara nəzarət
- ölçü və nəzarət cihazlarının düzgün manitorinqi
- daxili audit proqramının yaradılması və istifadəsi
- sistemin daimi təkmilləşdirilmə mexanizminin formalaşması və s.
Yuxarıda sadalananların olması müəssisəyə aşağıdakı səmərələr gətircəcək.
İSO-22000:2005-ın səmərələri:
Bu standart:
- qida təhlükəsizliyi ilə əlaqədar risklərin azaldılması və qida çirklənməsi və zəhərlənməsi mümkünlüyünün qarşısının alınması üçün ən səmərəli vasitədir;
- məhsulun təhlükəsizliyinin və keyfiyyətinin təmin olunmasında ən təsirli alətdir;
- müştərilərin məhsulun təhlükəsizliyininə əminliyini yaradan ən güclü zəmanətdir;
- istehsaldan sonra aparılan sınaq və yoxlamaların azalmasına səbəb ola bilər;
- qida istehsalında istehsal xərclərinin aşağı salınmasına səbəb ola bilər, çünki texniki resurslar kritik nöqtələrdə cəmlənmişdir;
- istehsal itkilərini azalda bilər, belə ki, problemlər daha sonra deyil, məhz istehsal gedişində müəyyən və həll edilə bilər;
- əsasında müəssisənin sertifikatlaşdırılması onun müştərilərinə müəssisənin qida təhlükəsizliyini düzgün idarə etməsini nümayiş etdirəcək ;
- tətbiq edildikdə şirkətin fəaliyyəti qanunvericiliyin tələblərinə daha çox uyğun olması və yoxlamaların azalması ilə nəticələnəcək;
- bazar payının və beləliklədə gəlirlərin artmasına köməklik göstərəcək;
- əsasında sertifikatlaşdırma Avropa, ABŞ və bəzi Asiya ölkələrinin bazarlarına daxil olmaq üçün əsas şərtdir.
İSO 22000:2005 sistemini öz müəssisənizdə tətbiq edib-etməməyi qərara alarkən yadda saxlayın ki, İSO-22000:2005 qida təhlükəsizliyini təmin etmək üçün seçim sistemi kimi beynəlxalq miqyasda qəbul edilmişdir. Sertifikatlaşdırılmış İSO-22000:2005 sistemi ictimaiyyətə müştərilərin təhlükəsizliyi üçün sizin narahatlığınızı nümayiş etdirəcəkdir.



ISO 22000:2005