Şirkətlərə Kadr Hazırlığı
ASR Konsaltinq və Araşdırma Qrupu olaraq biz yerli firma və müəssisələrə peşakar kadrların hazırlanmasını, işçilərinin peşakarlığının artırılması istiqamətində kadr hazırlığı xidmətləri təklif edirik. Göstərdiyimiz bu xidmətlərin əsas məqsədi azad sahibkarlığın rəqabət qabiliyyətliyinin artırılmasına dəstək göstərməkdən ibarətdir.
Biz hazırladığımız kadrları fəaliyyət göstərəcəyi sahələrdə uğurlu fəaliyyətini təmin etmək məqsədi ilə onları bütün zəruri praktiki və nəzəri biliklərlə təmin edirik. Beləliklə şirkətimiz əməkdaşlıq etdiyimiz şirkətlərdə kadrların peşakarlığının yüksək səviyyədə olması, kadrların şirkətə verəcəyi faydanın maksimum səviyyədə təmin olunmasını qarşısına məqsəd qoymuşdur. Xüsusi ilə cari dövrdə yaşadığımız iqtisadi böhran firma və müəssisələrin fəaliyyət strategiyaarında invesisiya siyasətindən menecmentin gücləndirilməsi siyasətinə üstünlük verməsini labüd etmişdir. Nəticədə işçi kadrların peşəkarlığı zərurəti bu dövrdə xüsusilə artmışdır. Bütün bu faktorları nəzərə alaraq, ASR Konsaltinq və Araşdırma Qrupu yerli firma və müəssisələr üçün böhran şəraitində onların rəqabətqabiliyyətini təmin edəcək kadrlarla təchiz olunması məqsədilə aşağıdakı vəzifələr üzrə kadr hazırlığı xidmətlərini müəyyən etmişdir:
- Maliyə meneceri (milli və beynəlxalq mühasibat uçotu standartları üzrə);
- Mühasib;
- Əməliyyat meneceri;
- Menecment sistemləri(ISO 9001, ISO 14001, ISO 22000 və OHSAS 18001) üzrə menecer;
- Marketinq meneceri;
- Satış meneceri;
- Reklam meneceri;
- PR menecerləri;
- KSM üzrə mütəxəssis;
- Keyfiyyətə nəzarət üzrə mütəxəssis.








