Keyfiyyət missiyamız və məqsədlərimiz

E-mail Print PDF

ASR Konsaltinq və Araşdırma Qrupu MMC-nin

 KEYFİYYƏT SİYASƏTİ

Şirkətimizin keyfiyyət siyasəti müştəri məmnunluğunu təmin edəcək yüksək keyfiyyətli konsaltinq və təlim xidmətlərinin göstərilməsinə nail olmaq məqsədilə aşağıdakıların həyata keçirilməsini nəzərdə tutur:

  • Təlimlər və kurslar zamanı müştərilərə verilən biliklərin maksimum tətbiq edilə bilən və praktiki olmasına nail olmaq;
  • Müştərilərdə müsbət dəyişikliklərə gətirib çıxaran və onlara fərdi yanaşmaya əsaslanan konsaltinq xidmətlərinin göstərilməsinə nail olmaq;
  • Müştərilərin, qanunvericiliyin və şirkətin təlim və konsaltinq xidmətlərinə dair əsaslı tələblərinin yerinə yetirilməsinə nail olmaq;
  • Təlim və konsaltinq xidmətlərinə dair müştəri tələbləri, aparılmış analizlər və qabaqcıl təcrübələr əsasında daimi təkmilləşdirmə aparmaq;
  • Təlim və konsaltinq xidmətlərinin göstərilmə şərtlərini və təşkilatı tərəflərini mümkün qədər müştərilərini qane edəcək formada təyin və tətbiq etmək.

KEYFİYYƏT MƏQSƏDLƏRİ

·         Mütəxəssislərin il ərzində ən azı 1 təlimə göndərilməsi yoluilə  onların bilik  və peşəkarlıq səviyyəsinin artırılmasına nail olunması;

·         Müştəriləri məmnun edəcək konsaltinq xidmətlərinə dair onların, qanunvericliyin və özünün tələblərinin müəyyənləşdirilməsi və öz xidmətlərində nəzərə alınması;

  • Tədrisdə verilən biliklərin iştirakçılar tərəfindən mənimsəmə faizinin və imtahandan keçən iştiraçıların sayının 90 %-ə qaldırılması;
  • Təlimlərdə və  kurslarda təyin edilmiş qabaqcıl tədris metodlarının və tədris şəraitinin 100% tətbiqinə nail olunması;
  • Tədrisdə iştirakçılara verilən biliklərin tətbiq ediləbilmə əmsalının 80 %-ə çatdırılması;
  • Təlimlərdən keçən tələbələrin ən azı 50 %-nin təcrübəyə göndərilməsinə nail olunması;
  • Təlimlərdə və kurslarda müştəri məmnuniyyətini 90 %-ə çatdırılması;
  • Müştərilərdən konsaltinq xidmətinin təşkilati, intellektual və inzibati məsələləri üzrə gələn şikayətlərin 50 %  endirilməsi;
  • Konsaltinq xidmətləri çərçivəsində görülməli işlərin 100 %  müştəriyə təhvil verilməsinə nail olunması;
  • Konsaltinq xidmətlərində müştəri məmnuniyyətini 95 %-ə çatdırılması;
  • 1 il ərzində konsaltinq və təlim sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və öz fəaliyyətində müştəriləri qane edəcək həddə tətbiq edilməsi;
  • Təlimçilərin ildə ən azı bir dəfə “Təlimçilərin təlimi” adlı təlimə göndərilməsi;
  • Müştərilərə verilən biliklərin və göstərilən konsaltinq xidmətlərinin praktiki tətbiqi nəticəsində onlarda yaratdığı dəyişikliyin ölçülməsi ilə müsbət dinamikaya nail olunması.
Last Updated ( Monday, 25 October 2010 11:08 )  
Share to Facebook Share to Twitter Share to Linkedin Share to Myspace Share to Delicious Share to Google 

You are here: Ana Səhifə Keyfiyyət siyasəti və məqsədləri