İdxal-ixrac üzrə Xidmətlərimiz

E-mail Print PDF
Şirkətlər idxal və ixrac fəaliyyəti zamanı bir çox proseduralardan keçməli olurlar. Yeni idxal –ixrac edən şirkətlər üçün bu proseduraları mənimsəmək və həyata keçirmək xeyli çətin olur. Təkrar idax- ixrac edənlər isə bu sahədə baş verən mütəmadi dəyişikliklər səbəbiylə proseduraları izləmək və yerinə yetirməkdə çətinlik çəkirlər. Odur ki, bu işdə onlar məsləhət xidmətində faydalanmaqla proseduraları öyrənmək və yerinə yetirməyə sərf etdikləri vaxta və vəsaitə qənaət edə bilərlər.
İdxal-ixracla bağlı biz sizə aşağıdakı xidmətləri göstərə bilərik:
1. Şirkətn ixrac planın hazırlanması 
2. İxrac sənədlərinin (normativ texniki sənədlər, sertifikatlar, etiketlər və digər məhsulu müşaiət edən sənədlər) tərcümə xidmətləri 
3. Konkret ölkələrin məhsul idxalına dair keyfiyyət və təhlükəsizlik tələbləri (standartlar, texniki reqlamentlər, sanitar və fitosanitar normalar və s.) 
4. Konkret məhsul növlərin dair idxalçı ölkələrin qablaşdırma və markalanma üzrə tələbləri 
5. Konkret ölkələrin idxalda tədbiq etdiyi tarif və qeyri tarif tədbirləri (preferensial rejimlər, kvota və digər kəmiyyət məhdudiyyətləri, qoruyucu tarif tədbirləri və s.)
6. İdxalçı ölkələrin əqli mülkiyyət hüquqları (patent, əmtəə nişanı, coğrafi göstəricilər, lisenziya müqavilələri) üzrə tələbləri;
7. Konkret məhsul üzrə xarici bazarların araşdırılması (ixrac marketinqi).
8. Konkret malların ixracı üzrə svot analizin aparılması.
9. İdxal və ixrac üzrə normativ tələblərin (qanunvericilik, lisenziyalar və s.) müəyyənləşdirilməsi və tələblərə uyğun sənədləşmənin aparılması üzrə məsləhət xidmətləri 
10. Gömrük rəsmiləşdirilməsi üçün malın gömrük dəyərinin hesablanması 
11. Gömrük rüsumunun və digər ödənişlərin (vergilərin, lisenziya rüsumlarının yığımların və s.) hesablanması 

 İdxal-ixarcla bağlı xidmətlərin xarakterində asılı olaraq aşağıdakı formalarda göstərilə bilər:
• İdxal-ixrac proseduraları üzrə konkret məsləhətlərin verilməsi
• İdxal-ixraca dair hər hansı sənədin və ya sənədlərin hazırlanması 
• İdxal – ixrac üzrə qanunvericiliklə müəyyən edilmiş ödənişlərin hesablanması 
• İdxal – ixrac üzrə təlim xidmətlər
• İdxal – ixracın aparılması üzrə outsoursinq xidmətləri 

1. Hər hansı məsələ üzrə şifahi məsləhətin göstərilməsi
Bu o məsələlərə aiddir ki, onu şifahi şəkildə müştəriyə çatdırmaq olar. Məsələn, müştəri məhsul idxal etmək üçün hansı sənədləri əldə etməlidir, hansı ödənişləri ödəməlidir və s.
2. İdxal-ixraca dair hər hansı sənədin və ya sənədlərin hazırlanması 
Aşağıdakı sənədlərin və ya həmin sənədlərin əldə edilməsi üçün müraciətlərin hazırlanması üzrə xidmətlər göstərə bilərik:
• Gömrük yük deklarasiyası;
• Malın mənşə sertifikatı;
• invoys — idxal olunan malların əmtəə dəyərini müəyyən edən sənəd; 
• Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarına keyfiyyət sertifikatı;
• Aidiyyəti dövlət orqanın müsbət rəyi;
• Malın idxalına dair lisenziya;
• İdxal-icraca dair digər sənədlər.  
3. Qanunvericilklə müəyyən edilmiş ödənişlərin hesablanması xidmətləri 
Biz sizə bununla bağlı aşağıdakı xidmətlər göstərilə bilərik: 
• Malın gömrük dəyərinin hesablanması;
• Malın HS kodunun müəyyənləşdirilməsi və idxal rüsumunun hesablanması 
• ƏDV-nin hesablanması;
• Gömrük rəsmiləşdirilməsinə görə tutulan yığımın hesablanması;
4. İdxal – ixrac üzrə təlim xidmətlər
Aşağıdakı mövzular üzrə təlimlər təşkil oluna bilər: 
• idxal-ixrac üzrə ödənişlərin hesablanması; 
• idxal sənədləşməsi və proseduraları;
• ixrac sənədləşməsi və proseduraları;
• ixracın idarəedilməsi;
• ixrac marketinqi və s. 
5. İdxal-ixracın aparılması üzrə outsoursinq xidmətləri. 
Şirkətlərin istəyindən asılı olaraq idxal-ixraca dair hər hansı bir əməliyyatın və bütün əməliyyatlar üzrə outsoursinq xidmətləri göstərilə bilər.

Güzəştlər 
Siz idxal –ixrac sahəsində Azərbaycanda xidmət göstərən ilk şirkət olan ASR Konsaltinq və Araşdırma Qrupunun xidmətlərindən istifadə etməklə aşağıdakı güzəştləri əldə edə bilərsiniz:
• Çətin əldə olunan məlumatların və sənədlərin hazırlanması;
• Xidmətləri ucuz qiymətə əldə etmək imkanı;
• Şirkətin təşkil etdiyi treninqlərdə 20 % ucuz qiymətə iştirak etmək imkanı;
• Xidmət göstərildikdən sonra idxal-ixraca dair bəzi məlumatların ödənişsiz əldə edilməsi;



Last Updated ( Saturday, 09 May 2009 11:54 )  
Share to Facebook Share to Twitter Share to Linkedin Share to Myspace Share to Delicious Share to Google 

Əlaqə

R. Behbudov küç., 25, m.1
Az 1014; Bakı; Azərbaycan

(+ 994 12) 595 13 37; 415 96 63
(+ 994 50) 359 95 75; 640 23 10
office@asrgroup.az
http://www.asrgroup.az

You are here: Ana Səhifə Konsaltinq İdxal-İxrac