Menecment sistemlərində (İSO 9001, İSO 14001, İSO 22000, OHSAS 18001 və İSO 27001) sənədləşdirmə

E-mail Print PDF

Təlimin məqsədi:
Təlim iştirakçılarının müvafiq idarəetmə sistemlərinin sənədləşdirilməsi qaydaları haqqında ətraflı məlumat vermək

 İştirakçılar:
Təlim müvafiq  idarəetmə sistemlərinin sənədləşdirilməsində, tətbiqində və təkmilləşdirilməsində maraqlı olan mütəxəssislər, sistemi tətbiq edən şirkətlərin sənədləşdirmə ilə əlaqəli mütəxəssisləri,  keyfiyyət üzrə menecer və mühəndislər, idarəetmə sisteminin  tətbiqi layihəsinə rəhbərlik edən və ya edəcək məsləhətçilər, və daxili auditorlar üçün nəzərdə tutulmuşdur.
 Tədris olunacaq mövzular:
  • İdarəetmə sistemi standartının maddələri və onların şərhləri ;
  • İdarəetmə sisteminin sənədləşdirilməsi;
  • Sənədləşdirməyə dair digər beynəlxalq standartlar ( ISO 9000:2005, ISO 10013, İSO 90003: 2004, ISO 15489-1 və ISO 15489-2) və onların tətbiqi proseduraları ;
  • Siyasətin, məqsədlərin, əsasnamələrin, proseduraların, blok sxemlərin, vəzifə təlimatlarının tərtibi qaydaları;
  • Sənədləşdirilmiş proseduraların hazırlanması; 
  • Qeydlər və onların idarəolunması;
  • Daxili auditin aparılması və nəticələrinin işlənilməsi prosedurları;
  • Sənədləşdirmənin optimallıq həddinin müəyyən olunması
 Əldə ediləcək bilik və bacarıqlar:
Təlimin sonunda iştirakçılar aşağıdakı bilik və qabiliyyətləri  əldə edəcəklər:
  • Menecment sisteminin tətbiqinə dair bütün sənədlər və onların şərhi;

  • Siyasətin və məqsədlərin düzgün hazırlanması yolları;

  • Sənədləşdirilmiş proseduraların hazırlanması qaydaları, əsasnamələr, vəzifə və iş təlimatları, strukturlar və blok sxemlərin tərtibi qaydaları;
  • Nümunə formalar, blok sexemlər, təlimatlar  və s.

  • Sənədləşdirmənin praktiki aparılması və iş zamanı onların optimallıq həddinin təyin olunması və s.  
Tədris metodu
 İnteraktiv mühazirələr, praktiki örnəkli hadisələrin həlli (Case Study), Quizlər, maraqlı hadisələrdən nümunələr, video çarxlar
Təlimin müddəti:
 2 gün
Dərs  saatların  miqdarı:

Ümumi dərs:         10:00-18:00
Nahar Fasiləsi:      13:00-14:00
Çay/kofe fasilələri: 11:30 – 11:45 
                             16:00 – 16: 15 

 Qiymət:
  200  AZN (Qiymətə bütün vergilər, dərs vəsaitləri, 2 dəfə kofe fasilə daxildir.)

Güzəştlər

  • Təlimin gedişində Azərbaycan dilində nəzəri və praktiki tədris materiallarını pulsuz əldə etmək imkanı;
  • Keyfiyyət və Menecment jurnalının 3 sayın pulsuz əldə etmək imkanı;
  • Təlimdən sonra Azərbaycan Keyfiyyət Assosiasiyasının çap materialların 10 % güzəştlə əldə etmək imkanı;
  • Təlim müddəti müvafiq mövzuya dair əlavə çap materialların 15% güzəştlə əldə etmək imkanı;
  • Növbəti təlimlərdə 20 % endirim əldə etmək imkanı;
  • Beynəlxalq akkreditasiyalı (İRCA və s.) təlimlərdə 10 % güzəştli qiymətlə iştirak etmək imkanı;
  • Menecerlər klubuna pulsuz üzv olmaq və klubun fəaliyyətlərindən bəhrələnmək imkanı;
  • Təlimin gedişində gündə iki dəfə kofe və çay təminatı;
  • Sertifikatın təlimin sonunda iştirakçılara paylanması;
  • Təlim keçirilən mövzu sahəsində yeniliklərlə bağlı mütəmadən pulsuz məlumat qəbul etmək imkanı və s. 
Təlimin dili:

Azərbaycan və Rus (İngilis,Ərəb, İspan, Fransız və s.  dillərdə də keçirilə bilər)

Keçiriliəcəyi yer:

  Caspian Plaza 1, 8-ci mərtəbə,, ASR Konsaltinq və Araşdırma Qrupunun təlim zalı

Last Updated ( Tuesday, 28 July 2009 13:13 )  
Share to Facebook Share to Twitter Share to Linkedin Share to Myspace Share to Delicious Share to Google 


You are here: Ana Səhifə Menecment sistemləri Menecment sistemlərində (İSO 9001, İSO 14001, İSO 22000, OHSAS 18001 və İSO 27001) sənədləşdirmə