Menecment sistemlərinin (İSO 9001, İSO 14001, İSO 22000, OHSAS 18001 və İSO 27001) tətbiqi

E-mail Print PDF

Təlimin məqsədi:

Təlim iştirakçılarının müvafiq idarəetmə sistemlərinin yaradılması və sənədləşdirilməsi ilə bağlı praktik biliklər verməkdir  

 İştirakçılar:
Təlim müvafiq  idarəetmə sistemlərinin qurulmasında, sənədləşdirilməsində, tətbiqində və təkmilləşdirilməsində maraqlı olan mütəxəssislər, keyfiyyət üzrə menecer və mühəndislər, idarəetmə sisteminin  tətbiqi layihəsinə rəhbərlik edən və ya edəcək məsləhətçilər, və daxili auditorlar üçün nəzərdə tutulmuşdur.
 Tədris olunacaq mövzular:
  • Müvafiq idarəetmə sisteminin mahiyyəti və prinsipləri;
  • Müvafiq idarəetmə sisteminə dair standartlar;
  • İdarəetmə sistemi standartının maddələri və onların şərhləri;
  • İdarəetmə sisteminin sənədləşdirilməsi;
  • Sənədləşdirməyə dair digər beynəlxalq standartlar və onların tətbiqi;
  • Əsasnamələrin, proseduraların, blok sxemlərin, vəzifə təlimatlarının tərtibi qaydaları;
  • Sistemin tətbiqi və uyğunluğun izlənməsi;
  • Korrektəedici və qabaqlayıcı tədbirlər, sistemin təhlili və təkmilləşdirilməsi yolları və s.;
  • Daxili auditin aparılması və nəticələrin işlənməsi proseduraları.
 Əldə ediləcək bilik və bacarıqlar:

Təlimin sonunda iştirakçılar aşağıdakı bilik və qabiliyyətləri  əldə edəcəklər:
      ·         Menecment sistemi standartının mahiyyəti və prinsipləri
     
·         Menecment sistemi standartının maddələri və onların izahı
     
·         Proses yanaşma və idarəetməyə sistemli yanaşma
      ·         Sistemin tələbləri və tətbiqi proseduraları
     
·         Sistemin təkmilləşdirilməsi yolları
     
·         Daxili auditin aparılması qaydaları

Tədris metodu

İnteraktiv mühazirələr, praktiki örnəkli hadisələrin həlli (Case Study), Quizlər, maraqlı hadisələrdən nümunələr, video çarxlar

Təlimin müddəti:

5 gün

Dərs  saatları:

Ümumi dərs:          10:00-18:00
Nahar Fasiləsi:       13:00-14:00
Çay/kofe fasilələri: 11:30 – 11:45 
                             16:00 – 16: 15 

 Qiymət:

 500 AZN (Qiymətlərə təlimin dəyəri və dərs materialları  daxildir.)

Güzəştlər və imtiyazlar:

  • Təlimin gedişində Azərbaycan dilində nəzəri və praktiki tədris materiallarını pulsuz əldə etmək imkanı;
  • Keyfiyyət və Menecment jurnalının 3 sayın pulsuz əldə etmək imkanı;
  • Təlimdən sonra Azərbaycan Keyfiyyət Assosiasiyasının çap materialların 10 % güzəştlə əldə etmək imkanı;
  • Təlim müddəti müvafiq mövzuya dair əlavə çap materialların 15% güzəştlə əldə etmək imkanı;
  • Növbəti təlimlərdə 20 % endirim əldə etmək imkanı;
  • Beynəlxalq akkreditasiyalı (İRCA və s.) təlimlərdə 10 % güzəştli qiymətlə iştirak etmək imkanı;
  • Menecerlər klubuna pulsuz üzv olmaq və klubun fəaliyyətlərindən bəhrələnmək imkanı;
  • Təlimin gedişində gündə iki dəfə kofe və çay təminatı;
  • Sertifikatın təlimin sonunda iştirakçılara paylanması;
  • Təlim keçirilən mövzu sahəsində yeniliklərlə bağlı mütəmadən pulsuz məlumat qəbul etmək imkanı və s. 
Təlimin dili:

Azərbaycan və Rus (İngilis, Ərəb, İspan, Fransız və s. dillərdə də  təşkil oluna bilər)

Keçiriliəcəyi yer:

  Caspian Plaza 1, 8-ci mərtəbə, ASR Konsaltinq və Araşdırma Qrupunun təlim zalı

Last Updated ( Monday, 06 July 2009 15:48 )  
Share to Facebook Share to Twitter Share to Linkedin Share to Myspace Share to Delicious Share to Google 


You are here: Ana Səhifə Menecment sistemləri Menecment sistemlərinin (İSO 9001, İSO 14001, İSO 22000, OHSAS 18001 və İSO 27001) tətbiqi