Müştəri məmnuniyyətinin ölçülməsi (İSO 9001 əsasında)

E-mail Print PDF

Təlimin məqsədi:
Təlim iştirakçılarına İSO 9001-in müştərilərlə əlaqəli tələblərini və ümumilikdə müştərilərin məmnunluğunun ölçülməsi yollarını öyrətməkdir.

 İştirakçılar:
Təlim müvafiq  idarəetmə sistemlərinin tətbiqində və təkmilləşdirilməsində maraqlı olan mütəxəssislər, keyfiyyət üzrə menecer və mühəndislər, şirkətlərin müştərilərlə əlaqəli əməkdaşları, marketinq menecerləri, idarəetmə sisteminin  tətbiqi layihəsinə rəhbərlik edən və ya edəcək məsləhətçilər və daxili auditorlar üçün nəzərdə tutulmuşdur.
 Tədris olunacaq mövzular:
  • müştəri yönümlük prinsipi və onun real işə tətbiqi;

  • müştəri məmnuniyyətinin ölçülməsi nəyə görə lazımdır?

  • müştəri məmnuniyyətinin ölçülməsi və İSO 9001 və digər standartlar (İSO 10002, 10003);

  • müştəri tələbinin müəyyən edilməsi;

  • reprezentativ seçim;

  • araşdırmanın aparılması;

  • anketin hazırlanması;

  • Toplanmış məlumatların analizi;

  • Müştəri ilə ünsiyyət;

  • Müştəri tələblərinin şirkət fəaliyyətinə nəzərə alınması üçün daxili koordinasiyanın təşkili;

  • Müştəri şikayətlərinə dair əsas prinsiplər, şikayətlərin baxılma ardıcıllığı, planlaşdırma və işlənmə;

  • Şikayətlərin idarə olunması prosesinin mərhələləri;

  • Şikayətlərə baxılması və həll edilməsi mexanizmləri.
 Əldə ediləcək bilik və bacarıqlar:
Təlimin  sonunda iştirakçılar aşağıdakılar haqqında biliklər əldə edəcəklər:

·    Müştəriyə yönəlik fəaliyyət qaydaları
·    Müştərilərin tələblərinin öyrənilməsi və onların fəaliyyətlərdə nəzərə alınması
·     Sorğu blanklarının tərtib edilməsi və sorğunun aparılması qaydaları
·    Müştərilərdən gələn şikayətlərin qiymətləndirilməsi və həll edilməsi mexanizmləri
·     Müştəri məmnuniyyətinin təmin edən amillər və müştərilərin cəlbi yolları.

Tədris metodu

İnteraktiv mühazirələr, praktiki örnəkli hadisələrin həlli (Case Study), Quizlər, maraqlı hadisələrdən nümunələr, video çarxlar

Təlimin müddəti:

2 gün

Dərs və Saatların miqdarı:

Ümumi dərs:         10:00-18:00
Nahar Fasiləsi:      13:00-14:00
Çay/kofe fasilələri: 11:30 – 11:45 
                             16:00 – 16: 15 

 Qiymət:

 200  AZN (Qiymətə bütün vergilər, dərs vəsaitləri, 2 dəfə kofe fasilə daxildir.)

Güzəştlər

  • Təlimin gedişində Azərbaycan dilində nəzəri və praktiki tədris materiallarını pulsuz əldə etmək imkanı;
  • Keyfiyyət və Menecment jurnalının 3 sayın pulsuz əldə etmək imkanı;
  • Təlimdən sonra Azərbaycan Keyfiyyət Assosiasiyasının çap materialların 10 % güzəştlə əldə etmək imkanı;
  • Təlim müddəti müvafiq mövzuya dair əlavə çap materialların 15% güzəştlə əldə etmək imkanı;
  • Növbəti təlimlərdə 20 % endirim əldə etmək imkanı;
  • Beynəlxalq akkreditasiyalı (İRCA və s.) təlimlərdə 10 % güzəştli qiymətlə iştirak etmək imkanı;
  • Menecerlər klubuna pulsuz üzv olmaq və klubun fəaliyyətlərindən bəhrələnmək imkanı;
  • Təlimin gedişində gündə iki dəfə kofe və çay təminatı;
  • Sertifikatın təlimin sonunda iştirakçılara paylanması;
  • Təlim keçirilən mövzu sahəsində yeniliklərlə bağlı mütəmadən pulsuz məlumat qəbul etmək imkanı və s. 
Təlimin dili:

Azərbaycan və Rus (İngilis,Ərəb, İspan, Fransız və s.  dillərdə də keçirilə bilər)

Keçiriliəcəyi yer:

  Caspian Plaza 1, 8-ci mərtəbə,, ASR Konsaltinq və Araşdırma Qrupunun təlim zalı

Last Updated ( Tuesday, 07 July 2009 15:49 )  
Share to Facebook Share to Twitter Share to Linkedin Share to Myspace Share to Delicious Share to Google 


You are here: Ana Səhifə Menecment sistemləri Müştəri məmnuniyyətinin ölçülməsi (İSO 9001 əsasında)