ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID)

E-mail Print PDF



Amerika Birləşmiş Ştatları uzun illər boyu xarici ölkələrdə daha yaxşı həyat sürməyə, fəlakətin nəticələrini aradan qaldırmağa və ya azad və demokratik ölkədə yaşamağa can atan insanlara yardım əlini uzatmışdır.

Məhz bu qayğıkeş münasibət Amerika Birləşmiş Ştatlarını bütün dünyada fərqləndirən bir xüsusiyyətdir və bir millət kimi amerikalıların əsil simasını dünyaya tanıdır. ABŞ-ın xarici ölkələrə yardımı daim Amerikanın xarici siyasət maraqlarını güdür. Bu maraqlar həm demokratiyanı və azad bazarları genişləndirmək, həm də inkişaf etməkdə olan ölkələrin vətəndaşlarının həyat səviyyəsini yaxşılaşdırmaqdan ibarətdir. Federal büdcənin yarım faizindən az vəsait xərcləyərək USAID bu məqsədlərə nail olmaq üçün bütün dünyada iş aparır.

USAID-in tarixçəsi İkinci Dünya Müharibəsindən sonra Avropanın yenidən qurulmasına həsr olunmuş Marşal Planından və Truman hökumətinin Dördüncü Bənd Proqramından başlayır. 1961-ci ildə ABŞ Prezidenti Con F. Kennedi Xarici Dövlətlərə Yardım Aktını imzalayaraq bu aktı qanuna çevirmiş və icraçı qərara əsasən USAID təşkilatını yaratmışdır.

O vaxtdan bəri USAID fəlakətin nəticələrini aradan qaldıran, kasıblıqdan qurtulan, demokratik islahatlara qatılan ölkələrə köməyini əsirgəməyən aparıcı ABŞ təşkilatı kimi fəaliyyət göstərmişdir.

USAID müstəqil federal hökumət təşkilatıdır. O, ümumi siyasi istiqamət haqqında göstərişləri Dövlət Katibindən alır. O uzunmüddətli və ədalətli iqtisadi inkişafa dəstək vermək və aşağıda sadalanan sahələrə yardım etməklə ABŞ-ın xarici siyasət məqsədlərini irəli çəkir:

  • İqtisadi inkişaf, kənd təsərrüfatı və ticarət;
  • Ümumdünya səhiyyəsi;
  • Demokratiya, münaqişələrin qarşısının alınması və humanitar yardım.

USAID dünyanın dörd bölgəsinə yardım edirik:

  • Afrika ölkələri;
  • Asiya və Yaxın Şərq;
  • Cənubi Amerika və Karib adaları;
  •  Avropa və Avrasiya.

Başqərargahı Kolumbiya əyalətinin Vaşington şəhərində olan USAID təşkilatının qüdrəti onun bütün dünyada fəaliyyət göstərən idarələri sayəsində mövcuddur. USAID Özəl könüllü təşkilatlar, yerli təşkilatlar, ali təhsil ocaqları, Amerika biznesləri, beynəlxalq təşkilatlar, digər hökumətlər və ABŞ hökumətinin digər qurumları ilə əməkdaşlıq şəraitində işləyir. USAID 3,500-dən artıq Amerika şirkəti və ABŞ-in 300-dən artıq özəl könüllü təşkilatı ilə işgüzar əlaqələrə malikdir.

 

Last Updated ( Monday, 25 October 2010 10:15 )  
Share to Facebook Share to Twitter Share to Linkedin Share to Myspace Share to Delicious Share to Google 

Əlaqə

R. Behbudov küç., 25, m.1
Az 1014; Bakı; Azərbaycan

(+ 994 12) 595 13 37; 415 96 63
(+ 994 50) 359 95 75; 640 23 10
office@asrgroup.az
http://www.asrgroup.az

You are here: Ana Səhifə Əməkdaşlıq etdiyimiz təşkilatlar