Maliyyə uçotu 1 (Beynəlxalq Mühasibat Uçotu Kursları)

E-mail Print PDF

 Kursun məqsədi
Beynəlxalq Mühasibat Uçotunun konseptual əsaslarnın və əsas mühasibat (maliyyə) hesabatları olan Balans hesabatı, Gəlir hesabatı, Nağd pul vəsaitlərinin hərəkəti haqqında hesabat və Xüsusi kapitalda dəyişiklik haqqında hesabatın hazırlanması və təqdim edilməsi qaydalarının öyrədilməsi

 Tədris olunacaq mövzular:
  •  Beynəlxalq mühasibat uçotuna giriş (GAAP və IFRS);
  •  Beynəlxalq mühasibat uçotunun nəzəri - metodoloji əsasları;
  • Maliyyə Hesabatları ilə tanışlıq - əsas anlayışlar;
  • Maliyyə hesabatlarının hazırlanması prosesi (Adjusted and unadjusted trial balance);
  • Maliyyə əməliyyatlarının  təhlili və qeydiyyatı prosesi;
  • İkili qeydiyyat sistemi üzrə ayrı - ayrı əməliyyatların hesabatlarda əksi və təhlili (T hesabı);
  • Hesablar üzərində qeydlər: düzəliş qeydləri və hesabların bağlanması (correcting errors, adjusting entries and closing entries);
  • Uzun müddətli aktivlərin (əsas vəsaitlərin) uçotu;
  • Ticarət əməliyyatlarının və ehtiyatların uçotu (Accounting in Merchandising Business);
  • Ehtiyatların (İnventarların) maya dəyərinin hesablanması və uçotu;
  • Debitor borcların və ümidsiz borcların uçotu.
 Əldə ediləcək bilik və bacarıqlar:
Təlimin sonunda iştirakçılar aşağıdakı bilik və qabiliyyətləri  əldə edəcəklər:
  • Maliyyə əməliyyatların qeydiyyatı üsulları:  Double-Entry və Single Entry Accounting;
  • T hesablarda ayrı-ayrı əməliyyatların əks etdirilməsi;
  • Əsas mühasibat (maliyyə) hesabatlarının (Balans, NPVH, Gəlir və Xüsusi Kapitalda dəyişiklik hesabatının) hazırlama qaydaları.
 Tədris metodu

İnteraktiv mühazirələr, praktiki örnəkli hadisələrin həlli (Case Study), Quizlər, video çarxlar

Kursun müddəti:

2 ay

Dərs və Saatların miqdarı:

Həftədə 3 dəfə olmaqla 24 dərs; 1 dərs = 90 dəqiqə

Qiymət:

 400 AZN (Qiymətlərə 2 aylıq kursun dəyəri, dərs vəsaitləri və  praktik vəsaitlər daxildir).

 

 

Last Updated ( Saturday, 27 June 2009 15:24 )  

Tələbələr üçün Beynəlxalq Mühasibat Uçotu Kursları

ASR Konsaltinq və Araşdırma Qrupu  Şirkətimiz öz fəaliyyətdə  Sosial Məsuliyyətlilik prinsiplərini rəhbər tutaraq ictimaiyyətdə aşağı gəlirli bir qrup olan tələbələr üçün xüsusi endirimlərlə Beynəlxaq Mühasibat Uçotu Kurslarında iştirak etmək imkanını təqdim edir. 

You are here: Ana Səhifə Mühasibat uçotu Maliyyə uçotu 1