OHSAS 18001:1999
Əməyin Mühafizəsi və Təhlükəsizliyinin (ƏMT) İdarəetmə Sistemi
Təşkilatın peşə təhlükəsizliyi menecment sisteminin əsas məqsədi etibarlı və təhlükəsiz iş mühiti yaratmaq, qəzalardan yayınmaq və yüksək səviyyəli iş təhlükəsizliyini təmin etməkdir. Peşə təhlükəsizliyi üçün ən mühüm prinsip və tələblər sağlamlıq və təhlükəsizliklə bağlı qanunvericilikdə öz əksini tapmış məcburi tələblərdən ibarətdir. OHSAS 18001 standartı sağlamlıq və təhlükəsizlik menecment sisteminin inkişafı üçün səmərəli menecment təcrübəsini təqdim edir. O bütün işçilər və biznes fəaliyyətinin birbaşa təsirinə məruz qalmış başqa şəxslər üçün yüksək səviyyəli peşə təhlükəsizliyini təmin edən bir mexanizmdir.
OHSAS 18001-in tədbiq sahəsi
Bu standart müəssisənin əməyin mühafizəsi və təhlükəsizliyi (ƏMT) risklərinə nəzarət etməsi və fəaliyyətini təmin etmək üçün ƏMT idarəetmə sistemi şərtlərini əhatə edir. Bu ƏMT fəaliyyət göstəricilərinin vəziyyətini hiss etdirməməsi kimi idarəetmə sisteminin layihəsi üçün izahlı şərtləri əhatə etmir.
Bu standart aşağıdakıları həyata keçirmək istəyi olan hər müəssisəyə tətbiq edilə bilər:
a) Müəssisənin fəaliyyətlərin birləşdirilən, ƏMT risklərinə məruz qala biləcək işlər və aidiyyatı olan digər tərəflər üçün riskləri yox etmək və ya ən aşağı səviyyəyə endirmək üçün bir ƏMT idarəetmə sistemi təşkil etmək.
b) Bir ƏMT idarəetmə sistemini təşkil etmək, tətbiq etmək və yaxşılaşdırmaq;
c) Müəssisənin bəyan edilən ƏMT siyasətinə öz - özünə uyğunlaşmağı təmin etmək.
d) Bu kimi uyğunluqları başqalarına nümayiş etdirmək.
e) Müəssisənin ƏMT idarəetmə sisteminin bir müəssisə tərəfindən sənədləşdirilməsinə, qeydiyyatına istəkli olmaq.
f) Bu standartın şərtləri ilə uyğunluğunun öz - özünə təyinini və deklarasiyasını hazırlamaq.
Bu standartın bütün şərtlərinin hər hansı bir ƏMT idarəetmə sistemi ilə birləşdirilməsi əsas hesab edilir. Tətbiqetmənin əhatə dairəsi ƏMT siyasəti, fəaliyyətlərinin xüsusiyyəti, istifadələrin riskləri və mürəkkəbliyi kimi faktorlarla bağlı olacaqdır. Bu standart məhsul və xidmət təhlükəsizliyindən çox əməyin mühafizəsi və təhlükəsizliyinə nəzər yetirilməsini əsas götürür.
OHSAS 18001-ın məqsədi
Bu standart təşkilat üçün gündəlik fəaliyyətlərdən və ya fəlakət şəraitindən doğa bilən yüksək risk faktorlarını nəzarətdə saxlamaq və idarə etmək üsullarını nümayiş etdirir.
OHSAS 18001-ın prinsipləri
Əməyin təhlükəsizliyi və peşə sağlamlığı menecment sistemi Deminq davamlı təkmilləşmə dairəsinə əsaslanır - Planlaşdır, Yerinə yetir, Yoxla və Hərəkət et, bunlar isə öz növbəsində növbəti dörd fəaliyyət istiqamətini özündə birləşdirir:
• Əməyin təhlükəsizliyi və peşə sağlamlığı siyasəti
• Planlaşdırma, tətbiq və hərəkət
• Nəzarət, qiymətləndirmə və korrektiv hərəkətlər
• Menecmentin təhlili
OHSAS-ın tədbiq etmə mərhələləri
Standartın tədbiqi mərəhələləri aşağıdakılardır:
• Müəssisənin standartın tələblərinə uyğunluğunun
• qiymətləndirilməsi (“Gap Analysis”)
• İş Riski Analizinin aparılması
• Digər çatışmayan təhlillərin aparılması
• OHSAS 18001-in bütün elementləri üzrə daxili auditin
aparılması
• Məqsədlərin və hədəflərin müəyyənləşdirilməsi
• Müvafiq sənədləşdirmənin aparılması
• OHSAS 18001 üzrə təlimlərin keçirilməsi
• Korrektəedici və nəzarət tədbirlərinin görülməsi
• Menecmentin təhlili
• Audit qabağı qiymətləndirmənin aparılması və uyğunsuzluqların aradan qaldırılması;
• Xarici auditin aparılması
OHSAS 18001 kimə lazımdır?
Bu standartlar silsiləsi təşkilat üçün beynəlxalq miqyasda tanınmış OHSAS 18001 stadartının prinsiplərinə uyğun olaraq menecment sistemini həyata keçirmək və sertifikat əldə etmək imkanı verir. Bu standartı həyata keçirməklə təşkilat nümayiş etdirir ki, o işçilər və fəaliyyətləri ilə əlaqədar olaraq peşə sağlamlığı təhlükəsinə məruz qala biləcək digər tərəflər üçün risklərin aradan qaldırılması və ya ən azından minimuma endirilməsi məqsədilə peşə sağlamlığı və təhlükəsizliyi menecment sistemini təşkil etmək arzusundadır.
OHSAS 18001-in səmərələri
OHSAS 18001 sertifikatı təşkilatınızın işçilərinizin sağlamlığı və təhlükəsizliyi barədə düşündüyünü və bu sahədə maraqlı olduğunuzu nümayiş etdirir. Təşkilatınızın əməyin təhlükəsizliyi və peşə sağlamlığı kimi məsələlərdə marağı olduğunu nümayiş etdirmək sizin müvəffəqiyyətinizə müsbət təsir göstərərək aşağıdakı səmərələr verəcək:
• Sizin təhlükəsizlik mədəniyyətinizi inkişaf etdirəcək dəqiq
məqsədlərin müəyyənləşdirilməsi, təşkilat daxilində
məsuliyyətlərin bölüşdürülməsi yolu ilə təhlükələrə nəzarəti
təmin edərək risklərin azaldılması
• Əməliyyatların effektivliyinin artırılması və nəticə olaraq
bədbəxt hadisələrin və istehsalatda vaxt itkisinin
azaldılması
• Əməyin təhlükəsizliyi sahəsində qanun tələblərinin yerinə
yetirilməsi
• Qanun pozuntuları ilə əlaqədar cərimələrin verilməsi
ehtimalının və sonradan aradan qaldırma kimi reaktiv menecment strategiyası ilə əlaqədar xərclərin azalması
• Xarici yoxlamalara və auditlərə daimi hazırlıqlı olmaq
• İş yerlərinin təhlükəsizliyinin/keyfiyyətinin yaxşılaşdırılması, işçilərin əxlaqının, biliklərinin və təşkilatın dəyərlərinə bağlılığının artması
• Sığorta risklərini azaldılması
• İşçilərin məhsuldarlığı və iş qaydalarına əməl etməsi səviyyəsinin yüksəlməsi, eləcədə məhsuliyyətin işçi qüvvəsi arasında düzgün bölgüsünün aparılması;
• Şirkətin fəaliyyətində daimi təkmilləşməyə nail olunması;
• Şirkətin imicinin inkişaf etdirilməsi
OHSAS – ın ISO 9001 və ISO 14001 ilə əlaqəsi
OHSAS standartı konseptual olaraq ISO 9000 və ISO 14000 standartları ilə oxşardır və eyni prinsiplərdən qaynaqlanır. Bu da öz növbəsində adı çəkilən standartların uzlaşmasına zəmin yaradır. Beləliklə, əgər sizin müəssisə ISO 9001 və ISO 14001 standartlarını tədbiq edibsə, onda OHSAS 18001-in tədbiqi xeyli asanlaşmış olur.

OHSAS 18001