Menecment sistemləri üzrə Xidmətlərimiz

Print

Menecment sistemlərinin tətbiqi üzrə xidmətlər

Biz yuxarıdakı menecment sistemlərinin tətbiqi ilə bağlı sizə müvafiq standarta uyğun aşağıdakı konsaltinq xidmətlərini göstərə bilərik:

       “Sistem plyus” xidmətləri

Menecment sistemin tətbiq etməkdə olan və artıq tətbiq etmiş şirkətlərə ilk konsaltinq şirkəti olaraq aşağıdakı “Sistem plyus” xidmətlərini göstəririk:

      Sistemlə əlaqəli xidmətlər

    Şirkətimiz menecment sistemin tətbiqindən qaynaqlanan aşağıdakı əlavə xidmətləri də göstərir:

 Xidmətin göstərilməsi prosesi

ASR Konsaltinq və Araşdırma Qrupu yuxarıdakı  xidmətləri iki formada göstərə bilər:

  1. Müvafiq idarəetmə sisteminin şirkətdə tam tətbiqi. Bu halda sistemə aid bütün məsələlər üzrə xidmətlər göstərilir. 
  2. Müştərilərin istəyindən aslı olaraq sistemin hər hansı elementi üzrə (məs, müştəri məmnunluğunun ölçülməsi, daxili auditin aparılması  və s.) xidmətin göstərilməsi.

Menecment sistemlərinin tətbiqi üzrə konsaltinq xidmətləri aşağıdakı ardıcıllıqla göstərilir:

Üstünlüklərimiz.

ASR Konsaltinq və Araşdırma Qrupu menecment sistemələrinin konsaltinqi sahəsində aşağıdakı rəqabət üstünlüklərinə malikdir.

İmtiyazlar və güzəştlər

Siz bizim şirkəti konsaltinq fiması kimi seçməklə aşağıdakı imtiyazları və güzəştləri əldə edə bilərsiniz:

    Mütəxəssislərimiz
    ASR Konsaltinq və Araşdırma Qrupu öz ətrafinda Azərbaycanda menecment sistemləri üzrə ən güclü mütəxəssisləri cəmləmişdir. Belə ki, bizim mütəxəssislər uzun illərin təcrübəsi ilə yanaşı menecment sistemləri ilə əlaqəli ixtisaslarda magistr, aspirant və elmlər namizədi dərəcələrinə malikdirlər. Eləcədə onlar bir çox tanınmış təlimlərin iştirakçısı olmuş və əksəriyyətinin müxtəlif menecment sistemi üzrə İRCA (Sertifikatlaşdırılmış Auditorların Beynəlxalq Reyestri) qeydiyyatına malikdirlər. Mütəxəssislərdən bir neçəsi eyni zamanda İRCA qeydiyyatlı təlimlərin aparıcısıdırlar. Bir mütəxəssisimiz isə Azərbaycanı Beynəlxalq Standartlaşdırma Təşkilatında (İSO) yeni beynəlxalq standartın hazırlanması prosesində təmsil edir.  Beləliklə, bizim mütəxəssislərimiz bu sahədə geniş təcrübə ilə yanaşı, bu sahədə baza təhsilə və dərin elmi biliklərə malikdirlər ki, bu da bizim əsas üstünlüyümüz və xidmətlərimizin yüksək keyfiyyətinin təminatçılarından biridir.
     Mütəxəssislərimizin təcrübəsinə gəldikdə isə onlar Azərbaycanda ümumilikdə 40-dan artıq şirkətdə sistemin tətbiqi üzrə konsaltinq  və 20-dən artıq şirkətdə isə sistemin sertifikatlaşdırılması üzrə auditor təcrübəsinə malikdir. Mütəxəssislərimizin əksəriyyətinin müxtəlif şirkətlərdə sistem üzrə menecer çalışması və digər biznes proseslərində təcrübələrinin də olması müştəri şirkətin əməliyyatlarını daha dəqiq qiymətləndirməyə və sistemin tətbiqini reallığa uyğun və yüksək keyfiyyətlə aparılmasına imkan verir ki, bu da onların digər üstünlüklərindən biridir. Mütəxəssislərimizin əsas üstünlüklərindən biri də şirkətimizə və prinsiplərimizə sadiq olmaları və xidmətin göstərilməsi zamanı müştəri məmnuniyyətini əsas tuta bilmək qabiliyyətlərinin olmasıdır.
     Bir məsələni də qeyd edək ki, bizim mütəxəssislərimizin əksəriyyəti yalnız kommersiya maraqları üçün çalışan şəxsləri deyil. Belə ki, mütəxəssislərimizin bir neçəsi müvafiq dövlət orqanlarına menecment sistemləri üzrə qanunvericilik bazasının formalaşdırılması və yeni təcrübələrin ölkəmizdə tətbiqi istiqamətində, eləcədə ölkəmizdə idarəetmə sistemləri araşdırmaların aparılması və ictimai və təbliğat xarakterli tədbirlərin təşkili kimi fəaliyyətləri mövcuddur. Beləliklə şirkətimizin mütəxəssislərinin 3 (dövlət, ictimai və özəl) istiqamətdə fəaliyyət göstərirlər ki, bu da bizim əsas üstünlüklərimizdən biridir.

Last Updated ( Monday, 11 January 2010 12:35 )