1. Beynəlxalq standartlara uyğun Mühasibat Uçotu Siteminin qurulması və aparılması;
2. Beynəlxalq standartlara uyğun (İFRS və GAAP) maliyyə hesabatlarının hazırlanması;
3. Beynəlxalq mühasibat proqramlarının (Quick Books proqramının) öyrədilməsi, tətbiqi və quraşdırılması üzrə məsləhət xidməti;
4. Maliyyə vəziyyətinin qiymətləndirilməsi və aktivlərin idarəolunması üzrə məsləhət xidməti;
5. Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və təqdimatı;
6. Yerli uçota dair bütün növ mühasibat xidmətləri.
1. Beynəlxalq standartlara uyğun Mühasibat Uçotu Siteminin qurulması və aparılması xidməti aşağıdakı mərhələrdən keçməklə həyata keçirilir:
1. Mühasibat sisteminin vəziyyətinin təhlili mərhələsi. bu zaman uçotun aparılması mexanizmi və sənədləşmə sisteminin üzrə ümumi təhlil aparılır və uyğunlaşdırma üzrə fəaliyyt planı hazırlanır;
2. Treyninq mərhələsi. Çatışmayan biliklər üzrə mühasiblərə təlimlər keçirilir;
3. Tətbiqat mərhələsi. Şirkətin fəaliyyəti üzrə baş verən əməliyyatların beynəlxalq uçota üyğun qeydiyyatının aparılması həyata keçirilir;
4. Sənədləşmə sisteminin qurulması. Bu mərhələdə sənədlər üzrə işin təşkili müəyyən edilir, o cümlədən daxili və xarici sənədləşmə sistemi qurulur;
5. Proqram təminatından istifadə mərhələsi. Mühasibat sisteminin kompüter proqramlarında (Excel, Quick Books, Apple, Sun Sitem və s.) tətbiqi. Bu mərhələ özü də təlim və tıtbiq mərhələsindən ibarətdir. Birinci mərhələdə Excel proqramında “Pivot Table” dan istifadə və Quick Books proqramından istifadə öyrədilir. Ikinci mərhələdə isə şirkətin fəaliyyəti üzrə əməliyyatların qeydiyyatının aparılması həyata keçirilir;
6. Daimi təkmilləşdirmə sisteminin qurulması mərhələsi. Bu mərhələdə uçot və hesabat üzrə baş verən dəyişikliklərə uyğunlaşdırma sistemi qurulur. Baş verən yeniliklər barədə məlumatlandırma sistemi qurulur.
2. Beynəlxalq standartlara uyğun (İFRS və GAAP) maliyyə hesabatlarının hazırlanması.
Bu xidmət mühasibatlıqla bağlı autsorsinq xidmətinə aid olub, şirkətin fəaliyyəti ilə bağlı beynəlxalq standartlara uyğun konkret maliyyə hesabatlarının hazırlanmasından ibarətdir. Belə ki, Balans hesabatı, mənfəət və Zərərlər haqqında Hesabat, Xüsusi Kapitalda Dəyişiklik haqda hesabat, Nağd Pul vəsaitlərinin hərəkəti haqda hesabatların hazırlanmasını təşkil etməkdən ibarətdir;
3. Beynəlxalq mühasibat proqramlarının (Excel və Quick Books proqramının) öyrədilməsi, tətbiqi və quraşdırılması üzrə məsləhət xidməti.
Bu xidmətin göstərilməsi iki mərhələdən - təlim və tətbiq mərhələsindən ibarətdir. Birinci mərhələdə Excel proqramında “Pivot Table” dan istifadə və Quick Books proqramından istifadə öyrədilir. Ikinci mərhələdə isə proqramlarda şirkətin fəaliyyəti üzrə əməliyyatların qeydiyyatının aparılması həyata keçirilir.
4. Maliyyə vəziyyətinin qiymətləndirilməsi və aktivlərin idarəolunması xidməti.
Bu xidmət göstərilməsi aşağıdakı mərhələlər üzrə həyata keçirilir:
I mərhələdə şirkətin maliyyə hesabatlarına baxış və ümumi təhlil həyata keçirilərək ümumi qiymətləndirmə aparılır;
II mərhələdə konkret məhsul və xidmətlər maya dəyərinin müəyyən olunması üzrə qiymətləndirmə aparılır, birbaşa və dolayı xərclər müəyyən olunur.
III mərhələdə gəlir və xərclərin təhlili aparılır, xərclərin müqayisəli təhlili aparılaraq konkret əmsallar vasitəsilə nəticələr müəyyən olunur;
IV mərhələdə şirkətin aktivləri ayrılıqda təhlil olunaraq debitor borcları, şübhəli və ümidsiz borcları, ehtiyatlar, əsas vəsaitlər və s. üzrə qiymətləndirmə aparılır, o cümlədən şirkətin bütün növ öhdəlikləri üzrə qiymətləndirmə aparılaraq mühüm göstəricilər müəyyən olunur.
V mərhələdə aparılmış təhlil və qiymətləndirmənin nəticələrinə görə şirkətə konkret təkliflər paketi irəli sürülür, o cümlədən aktivlərin düzgün idarəolunması üzrə konkret strategiya hazırlanıb təqdim olunur.
5. Vergi DSMF və Statistika hesabatlarının hazırlanması və təqdimatı.
Bu xidmətlərə 3 müxtəlif dövlət orqanlarına maliyyə və qeyri maliyyə hesabatlarının hazırlanıb təqdim olunmasından ibarətdir:
1. Vergi orqanlarına aylıq və rüblük hesabatların elektron və yazılı formda hazırlanıb göndərilməsi:
a. sadələşdirilmiş vergi bəyannamsi;
b. muzdlu işlə əlaqədar vergi bəyannməsi;
c. ƏDV üzrə vergi bəyannaməsi;
d. mənfəət vergisi üzrə vergi bəyənnaməsi;
e. ödəmə mənbəyindən tutulan vergi bəyannaməsi və s.;
2. Dövlət Sosial Müdafiə fonduna təqdim olunan rüblük hesabatların hazırlanıb göndərilməsi;
3. Statistika orqanlarına təqdim olunan rüblük və illik hesabatların hazırlanıb təqdim olunması:
a. əmək hesabatları;
b. mal və xidmətlər üzrə hesabat;
c. gəlirlər və xərclər üzrə hesabat;
d. əsas vəsaitlər üzrə hesabat;
e. İKT üzrə hesabat və s.
6. Yerli uçota dair bütün növ xidmətlər:
Bu xidmətlərə yerli uçota dair bütün növ xidmətlər, o cümlədən əmək haqqının hesablanması və uçotu, əsas vəsaitlərin amortizasiyasının hesablanması və uçotu, maya dəyərinin hessblanası və uçotu, vergilərin hesablanası və uçotu və s. üzrə məsləhət.


