Menecment sistemlərinin tətbiqi üzrə xidmətlər
Biz yuxarıdakı menecment sistemlərinin tətbiqi ilə bağlı sizə müvafiq standarta uyğun aşağıdakı konsaltinq xidmətlərini göstərə bilərik:
- Mövcud idarəetmə sisteminin müvafiq standartın tələblərilə müqayisəli analizi (ilkin qiymətləndirmə);
- Sistemin tətbiqi üzrə fəaliyyət planının hazırlanması;
- Proseslərin təhlili və işlənməsi;
- Personala müvafiq idarəetmə sistemi üzrə müxtəlif təlimlərin keçirilməsi;
- Təşkilati strukturun, siyasət və məqsədlərin sistemin tələblərinə uyğun işlənməsi;
- Menecment sisteminin tətbiqinə dair sənədləşdirmənin (proseduralar, formalar, təlimatlar və s.) aparılmasına dəstək göstərilməsi;
- Qurulmuş sistemin tətbiqinin izlənməsi və zəruri məsləhətlərin verilməsi;
- Sistemin fəaliyyətinin qiymətləndirilməsi və təkmilləşdirilməsi yollarının müəyyənləşdirilməsi;
- Sertifikatlaşdırma auditinin keçirilməsindən öncə sistemin yekun qiymətləndirilməsi və zəruri düzəlişlərin edilməsi.
“Sistem plyus” xidmətləri
Menecment sistemin tətbiq etməkdə olan və artıq tətbiq etmiş şirkətlərə ilk konsaltinq şirkəti olaraq aşağıdakı “Sistem plyus” xidmətlərini göstəririk:
- Şirkətin mühasibat uçotu sisteminin qurulması;
- Şirkətin HR sisteminin qurulması;
- Sistemlə əlaqəli və ya digər sahələr (satış, marketinq, mühasibat və s.) üzrə heyətə təlimlərin keçirilməsi;
- Şirkətlərə kadr təminatı və hazırlığı;
- Outsoursinq (kadr hazıırlığı və təlim, müştərilərlə əlaqə, mühasibat uçotu və digər istiqamətlərdə);
- Tətbiq edilmiş sistemin sənədləşməsinin avtomatlaşdırılması;
- Marketinq və müştərilərlə əlaqələr;
Sistemlə əlaqəli xidmətlər
Şirkətimiz menecment sistemin tətbiqindən qaynaqlanan aşağıdakı əlavə xidmətləri də göstərir:
- Müştəri məmnuniyyətinin ölçülməsi;
- Müştəri şikayətlərinin idarəolunması;
- Bençmarkinq;
- Təchizatçıların analizi və qiymətləndirilməsi;
- Daxili audit;
- Menecmentin təhlili;
- Proseslərin optimallaşdırılması və təkmilləşdirilməsi;
- Sənədləşdirmənin optimallaşdırılması və təkmilləşdirilməsi;
- Keyfiyyəti təkmilləşdirmə planının hazırlanması;
- Proseslər üçün normativlərin müəyyənləşdirilməsi;
- Menecment sistemlərinin bütün aspektləri və digər əlaqəli sahələr üzrə təlimlərin təşkili.
Xidmətin göstərilməsi prosesi
ASR Konsaltinq və Araşdırma Qrupu yuxarıdakı xidmətləri iki formada göstərə bilər:
- Müvafiq idarəetmə sisteminin şirkətdə tam tətbiqi. Bu halda sistemə aid bütün məsələlər üzrə xidmətlər göstərilir.
- Müştərilərin istəyindən aslı olaraq sistemin hər hansı elementi üzrə (məs, müştəri məmnunluğunun ölçülməsi, daxili auditin aparılması və s.) xidmətin göstərilməsi.
Menecment sistemlərinin tətbiqi üzrə konsaltinq xidmətləri aşağıdakı ardıcıllıqla göstərilir:
- Tərəflər arasında müqavilənin bağlanması. Xidmət göstəriləcək şirkətlər bütün məsələlərdə razılıq əldə edildikdən sonra tərəflər arasında müqavilə bağlanılır. Müqavilədə göstəriləcək xidmətlər, xidmətin dəyəri və pulun köçürülmə fazaları və digər məsələlər öz əksini tapır. Xidmətin dəyəri müştəri şirkətə göndərilmiş anketin doldurulmasında sonra anketdə öz əksini tapmış göstəricilər əsasında müəyyənləşdirilir.
- Sistemin tətbiqi üzrə heyətin müəyyənləşdirilməsi. Müqavilə bağlandıqdan sonra həm konsaltinq şirkəti tərəfindən ayrılacaq mütəxəssislər, həm də şirkət tərəfindən sistemin tətbiqində çalışacaq mütəxəssislər müəyyənləşdirilir.
- Şirkətdə ilkin qiymətləndirmənin aparılması. Heyət müəyyənləşdirildikdən və işə başlamağa hazır olduqdan sonra qəbul olunmuş təcrübəyə əsasən şirkətin mövcud əməliyyatlarının, sənədlərinin və proseduralarının müvafiq menecment sisteminin tələblərinə uyğunluq səviyyəsi birgə müzakirələr və sənədlərlə tanışılıq əsasında aparılır. Bununla şirkətdə sistemin tələbinə uyğun nələrin mövcudluğu və nələrin çatışmamazlığı müəyyənləşdirilir.
- Sistemin tətbiqi üzrə iş planının hazırlanması. Aparılmış qiymətləndirmə əsasında müəssisənin standartın tələblərinə uyğunluq səviyyəsi, çatışmamazlıqlar, görülməsi zəruri olan tətbirlər və həmin tətbirlərin reallaşdırılması qrafikini özündə əks etdirən iş planı hazırlanır və tərəflər arasında razılaşdırılır.
- Sistemin tətbiqinin həyata keçirilməsi. Yuxarıda göstərilən ardıcıllıqla konsultantlar sistemin şirkətdə tətbiqinə başlayırlar. Konsultantlar sistemin tətbiqi zamanı hər hansı sənədlərin hazırlanması və ya hazırlanmasına köməklik göstərilməsi, şirkətin əməkdaşlarının öyrədilməsi, sistemə dair sualların cavablandırılması və s. formada məsləhət xidmətləri göstərir. Sistemin tətbiqi yuxarıda göstərildiyi kimi heyət üçün tanışlıq seminarın keçirilməsi, proseslərin müəyyənləşdirilməsi və səlahiyyətlərin bölgüsü, təşkilati strukturun yenidən işlənməsi, şirkətin missiyasının, məqsədlərinin sistemin tələbinə uyğun təkmilləşdirilməsi, əsasnamələrin, iş və vəzifə təlimatlarının, proseduraların hazırlanması, müştərilərin məmnunluğunun qiymətləndirilməsi, sistemin tətbiqinin izlənməsi, daxili auditin aparılması və s. mərhələlər üzrə aparılır.
- Şirkətin sertifikatlaşdırılmasına dəstək. Bu mərhələdə şirkətin tam sertifikatlaşdırmaya hazır vəziyyətə gətirilməsi, sertifikatlaşdırma şirkətinin seçilməsi və s. işlər həyata keçirilir.
- Sertifikatlaşdırmadan sonrakı xidmətlər. Şirkət sertifikat alır sonra müəyyən müddətdən bir (3, 6 və 12 aydan bir) daxili audit aparılır, işçi heyətə əlavə təlimlər keçirilir, təkmilləşmə tədbirlərinin görülməsinə ehtiyac var ki, müştəri şirkətlə razılıq əsasında həmin məsələlər üzrə də konsaltinq və təlim xidmətləri göstərilə bilər.
Üstünlüklərimiz.
ASR Konsaltinq və Araşdırma Qrupu menecment sistemələrinin konsaltinqi sahəsində aşağıdakı rəqabət üstünlüklərinə malikdir.
- Şirkətimizdə menecment sistemləri üzrə baza (bakalavr, magistr və aspirant) təhsilinə və dərin elmə biliyə malik, təcrübəli və beynəlxalq dərəcəli mütəxəssislərin cəmləşməsi;
- Şirkətimizin xidmətlərinin çeşidin çox olması və beləliklə daha zəngin və effektiv konsaltinq xidməti göstərməsi;
- Azərbaycan dilində tədris edən və təlim materiallarına malik olan yeganə konsaltinq şirkəti olması;
- Göstərdiyi xidmətlərin daha keyfiyyətli olması təmin edən və bu sahədə ixtisaslaşmış müəssisə və təşkilatların müstəsna partnyoru olması;
- Menecment sistemləri üzrə beynəlxalq mütəxəssislər şəbəkəsinə çıxış olan yegənə şirkət olması və s.
İmtiyazlar və güzəştlər
Siz bizim şirkəti konsaltinq fiması kimi seçməklə aşağıdakı imtiyazları və güzəştləri əldə edə bilərsiniz:
- “Sistem plus” və əlavə xidmətləri normal dəyərindən 15 % güzəştlə əldə edilməsi;
- Müştəri şirkətin digər fəaliyyət sahələrində və ya digər şirkətlərində (şirkətlər qrupu və ya holdinq olduğu halda) İSO 9001 və digər idarəetmə sistemlərinin (İSO 14001, OHSAS 18001, İSO 22000 və s.) tətbiqi üzrə konsaltinq xidmətini 10 % güzəştlə əldə etməsi;
- Sistem tətbiqindən sonra şirkətimizin təşkil etdiyi treninqlərdə müştəri şirkətlərin mütəxəssislərinə 20 % endirimlə iştirak etməsi;
- Şirkətə sertifikatın verilməsi mərasiminin 300-dən artıq şirkətə paylanan “Keyfiyyət və Menecment” jurnalında pulsuz yerləşdirilməsi;
- Sistem tətbiqindən sonra şirkətlərin müvafiq mütəxəssislərinə 1 il pulsuz məsləhətlərin verilməsi;
- Müştəri şirkətin müqavilə bağlanandan etibarən 1 il ərzində standartı daha uğurlu tətbiq etməkdə yardımçı olacaq “Keyfiyyət və Menecment” jurnalını pulsuz əldə etməsi;
- Müvafiq sistemə dair əlavə çap materiallarını 20% endirimlə əldə edilməsi;
- Şirkətimizdə yaradılan müştəri şirkətlərin reyestrinə daxil olmaqla və çıxış (şifrə və parol) əldə etməklə reyestrin fəaliyyətlərindən pulsuz bəhrələnmək və s.
Mütəxəssislərimiz
ASR Konsaltinq və Araşdırma Qrupu öz ətrafinda Azərbaycanda menecment sistemləri üzrə ən güclü mütəxəssisləri cəmləmişdir. Belə ki, bizim mütəxəssislər uzun illərin təcrübəsi ilə yanaşı menecment sistemləri ilə əlaqəli ixtisaslarda magistr, aspirant və elmlər namizədi dərəcələrinə malikdirlər. Eləcədə onlar bir çox tanınmış təlimlərin iştirakçısı olmuş və əksəriyyətinin müxtəlif menecment sistemi üzrə İRCA (Sertifikatlaşdırılmış Auditorların Beynəlxalq Reyestri) qeydiyyatına malikdirlər. Mütəxəssislərdən bir neçəsi eyni zamanda İRCA qeydiyyatlı təlimlərin aparıcısıdırlar. Bir mütəxəssisimiz isə Azərbaycanı Beynəlxalq Standartlaşdırma Təşkilatında (İSO) yeni beynəlxalq standartın hazırlanması prosesində təmsil edir. Beləliklə, bizim mütəxəssislərimiz bu sahədə geniş təcrübə ilə yanaşı, bu sahədə baza təhsilə və dərin elmi biliklərə malikdirlər ki, bu da bizim əsas üstünlüyümüz və xidmətlərimizin yüksək keyfiyyətinin təminatçılarından biridir.
Mütəxəssislərimizin təcrübəsinə gəldikdə isə onlar Azərbaycanda ümumilikdə 40-dan artıq şirkətdə sistemin tətbiqi üzrə konsaltinq və 20-dən artıq şirkətdə isə sistemin sertifikatlaşdırılması üzrə auditor təcrübəsinə malikdir. Mütəxəssislərimizin əksəriyyətinin müxtəlif şirkətlərdə sistem üzrə menecer çalışması və digər biznes proseslərində təcrübələrinin də olması müştəri şirkətin əməliyyatlarını daha dəqiq qiymətləndirməyə və sistemin tətbiqini reallığa uyğun və yüksək keyfiyyətlə aparılmasına imkan verir ki, bu da onların digər üstünlüklərindən biridir. Mütəxəssislərimizin əsas üstünlüklərindən biri də şirkətimizə və prinsiplərimizə sadiq olmaları və xidmətin göstərilməsi zamanı müştəri məmnuniyyətini əsas tuta bilmək qabiliyyətlərinin olmasıdır.
Bir məsələni də qeyd edək ki, bizim mütəxəssislərimizin əksəriyyəti yalnız kommersiya maraqları üçün çalışan şəxsləri deyil. Belə ki, mütəxəssislərimizin bir neçəsi müvafiq dövlət orqanlarına menecment sistemləri üzrə qanunvericilik bazasının formalaşdırılması və yeni təcrübələrin ölkəmizdə tətbiqi istiqamətində, eləcədə ölkəmizdə idarəetmə sistemləri araşdırmaların aparılması və ictimai və təbliğat xarakterli tədbirlərin təşkili kimi fəaliyyətləri mövcuddur. Beləliklə şirkətimizin mütəxəssislərinin 3 (dövlət, ictimai və özəl) istiqamətdə fəaliyyət göstərirlər ki, bu da bizim əsas üstünlüklərimizdən biridir.











