Yaranma və inkişaf tariximiz

E-mail Print PDF

ASR Konsaltinq və Araşdırma Qrupu MMC 2009-cu ilin Aprel ayından fəaliyyətə başlamışdır. Şirkətin əsas fəaliyyət istiqamətləri beynəlxalq idarəetmə sistemləri üzrə konsaltinq xidmətləri, kadr hazırlığı və təlimlərin təşkili, biznes və sosial-iqtisadi araşdırmaların  aparılması və dizayn işlərinin həyata keçirilməsindən ibarətdir. Fəaliyyət göstərdiyi qısa bir müddət ərzində şirkətimiz idarəetmə, marketinq, konsaltinq, dizayn və tədris sahələrində peşəkar işçiləri və mütəxəssisləri   öz ətrafında birləşdirməklə bir sıra yerli və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq münasibətləri qurmuş və yuxarı adı çəkilən sahələrdə yerli biznesin problemlərinin həllinə cəhd göstərmişdir. ASR Konsaltinq və Araşdırma Qrupu MMC-nin müştəriləri qismində Medisis, Silk Way Technics, Save the Children, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Xəzər Boru, Alman Texniki Əməkdaşlıq Cəmiyyəti(GTZ) çıxış etmişdir. Onu qeyd etmək istərdik ki, adı çəkilən təşkilatlarla yanaşı şirkətimiz bir çox yerli və beynəlxalq təşkilatların işçilərinə də təlim və kurslar sahəsində xidmətlər göstərmişdir. Məzunlarımız arasında  Azərsun Holding, Azərbaycan Fövqəladə Hallar Nazirliyi, Milk-Pro,  Azərenerji kimi şirkətlərdə işə qəbul olunaraq məsul vəzifələrdə çalışan şəxslər də mövcuddur.

Yuxarıda adıçəkilən qurumlarla yanaşı şirkət “Keyfiyyət Assosiasiyası” və “Azərbaycan Marketinq Cəmiyyəti” kimi İctimai Birliklərlə uğurla əməkdaşlıq  etmişdir. Buna misal olaraq 2009-cu ilin Deakabr ayının 15-17si tarixlərində dünyaca məşhur biznes məsləhətçi, Amerika Keyfiyyət Cəmiyyətinin  eks-prezidenti və Beynəlxalq Keyfiyyət Akademiyasının prezidenti Doktor Qreqori Hariss Vatsonun “Keyfiyyət strategiyası: kreativ ideyalardan effektiv idarəetməyə doğru” mövzusunda keçirilən seminarını misal çəkmək olar. Şirkətin “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi və “Qafqaz Universiteti” ilə birgə təşkil etdiyi bu tədbirdə  ölkəmizin Azersun Holdinq, Azercell, Akkord Şirkətlər Qrupu, Sinam, Unileasing, Embawood, Mobitel və bir sıra digər tanınmış şirkətlərinin nümayəndələri iştirak etmişdir.

Son zamanlar şirkətimiz öz fəaliyyətini genişləndirərək beynəlxalq təşkilatlara müxtəlif sosial-iqtisadi layihələrdə mütəxəssislərlə təchiz etməyə başlamışdır. ASR Konsaltinq və Araşdırma Qrupu Amerika birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə bu ildən həyata keçirilməyə başlanılacaq "Azərbaycanda Rəqabətqabiliyyətlilik və Ticarət" layihəsində də iştirak edəcəkdir. Şirkət layihənin icraçısı olan Sibley International LLC-nin mütəxəssis təminatçısı rolunda çıxış edəcəkdir.

Last Updated ( Monday, 25 October 2010 07:39 )  
Share to Facebook Share to Twitter Share to Linkedin Share to Myspace Share to Delicious Share to Google 

You are here: Ana Səhifə Yaranma və inkişaf tariximiz