Daşkənd, 09.06.2026 – Özbəkistan və Azərbaycan iş adamları arasında əlaqələrin genişləndirilməsi, mövcud imkanların dəyərləndirilməsi və sahibkarlar arasındakı münasibətlərin institusional müstəviyə qaldırılması məqsədilə Özbəkistanın Ticarət və Sənaye Palatası ilə mühüm görüş keçirilib.
Görüşdə "ASR Distribution and Development Group"un təsisçisi Elxan Mikayılov, şirkətin baş direktoru Əli Vəliyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının Özbəkistandakı nümayəndəliyi və "Networkistan" təşkilatının rəhbərliyi iştirak ediblər.
Müzakirələr zamanı iki ölkənin biznes dairələri arasındakı dialoqun daha sistemli və dayanıqlı formaya salınmasının vacibliyi vurğulanıb.
Bu məqsədlə, əlaqələri yaradan təşkilatların institusionallaşdırılması istiqamətində qərar qəbul edilərək, ilkin mərhələdə hər iki tərəfin iş adamlarının fəal iştirakını təmin edəcək "Özbəkistan-Azərbaycan İş Adamları Klubu"nun formalaşdırılması qərara alınıb.
Yeni təsis edilən bu biznes klubu sahibkarların mütəmadi olaraq bir araya gəlməsinə, birgə layihələrin icrasına və qarşılıqlı faydalı tərəfdaşlıqların gücləndirilməsinə xidmət edəcək.
Xəbərlərə qayıt