ASR Development Consulting Group MMC — dövlət və özəl sektorun institusional, hüquqi və strateji idarəetmə potensialının inkişafına yönəlik konsaltinq, autsorsing, təlim, tədqiqat və peşəkar məsləhət xidmətləri göstərən aparıcı Azərbaycan şirkətidir. 2009-cu ilin aprel ayında ölkədəki iqtisadi-sosial islahatları dəstəkləmək və yüksək etibarlı yerli institusional potensial yaratmaq məqsədilə təsis edilən şirkətimiz, bu gün idarəetmə və texniki sahələr üzrə dərin təcrübəyə malik 50-dən çox peşəkar yerli və beynəlxalq məsləhətçi komandası ilə fəaliyyət göstərir. 2019-cu ildə ölkədə həyata keçirilən genişmiqyaslı struktur islahatlarına və bazarın müvafiq çağırışlarına adekvat olaraq şirkətimiz öz missiya, məqsəd və xidmət konseptini tamamilə yeniləmişdir. Bu gün rəhbər heyətimiz USAID, Dünya Bankı, Avropa İttifaqı və SECO kimi qlobal donor təşkilatlarının irimiqyaslı proqramlarında idarəetmə təcrübəsi qazanmış strateji mütəxəssislərdən ibarətdir. Şirkətimiz indiyədək milli iqtisadiyyatın Strateji Yol Xəritələrinin hazırlanmasında, dövlət səviyyəli institusional islahatların layihələndirilməsində (AQTA, KOBİA, Əqli Mülkiyyət Agentliyi və s. yaradılması) və müxtəlif siyasət sahələri üzrə 60-dan çox normativ-hüquqi aktın tərtibində fəal iştirak etmişdir
Dövlət və özəl sektorun inkişafına yönəlik fəaliyyətlərin səmərəliliyini artırmaq məqsədilə institusional və strateji idarəetmə potensialının inkişaf etdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və özəl sektorun compliance səviyyəsinin yüksəldilməsi məqsədilə konsaltinq, autsorsing, təlim, tədqiqat və digər peşəkar xidmətlər göstərmək.
Öz seqmenti üzrə konsaltinq bazarında aparıcı və etibarlı şirkətlərdən birinə çevrilərək göstərdiyi xidmətlərlə Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfələr vermək.
Biz göstərdiyimiz xidmətlərdə bizə göstərilən etimada xüsusi əhəmiyyət veririk və müştərilərin etimadının doğruldulması bizim üçün əsas hədəfdir.
Biz müştərilərimizin gözləntilərindən asılı olmayaraq bütün xidmətləri peşəkarlıqla həyata keçirməyə çalışır və komandamıza yalnız peşəkar məsləhətçilər cəlb edirik.
Bizim göstəridiyimiz xidmətlər müştərilərimizin gözləntilərindən daha faydalı və nəticəyönümlü olmalıdır. Öz xidmətlərimizdə işimizi nəticəyə görə qiymətləndiririk.
Biz göstəridiyimiz xidmətlərdə müştərilərlə dürüst, şəffaf və səmimi olmağı, verdiyimiz sözlərə və insani dəyərlərə sadiq qalmağı əsas götürürük.
Biz göstərdiyimiz xidmətlərdə yaradıcılıq, yenilikcilik, əlavə dəyər yaradılması və müasir çağırışlara adekvatlıq prinsiplərini rəhbər tuturuq.
Biz xidmət göstərərkən bir komandada kimi işləyir və göstərdiyimiz xidmətlərin kollektiv düşüncə və qərarlar əsasında qurulmasına çalışırıq.
Biz göstərdiyimiz xidmətləri müştərilərin ehtiyaclarına və xüsusiyyətlərinə uyğunlaşdırırıq.
2009-cu ildə Azərbaycanda iqtisadi və sosial islahatların irəliləməsini dəstəkləmək məqsədi ilə qurulan şirkətimiz, onilliklər ərzində ölkənin ən etibarlı konsaltinq qruplarından birinə çevrildi.
ASR Consulting and Research Group MMC aprel ayında təsis edilmişdir. Şirkət, yerli qurumlara təşkilati idarəetmə və sosial-iqtisadi inkişaf üzrə praktik təlim və məsləhət xidmətləri göstərməkdə ixtisaslı təcrübəli yerli və xarici mütəxəssislərə olan ehtiyacı ödəmək və Azərbaycanda iqtisadi və sosial islahatların irəliləməsində yerli dövlət və beynəlxalq qurumları dəstəkləmək üçün yüksək etibarlı institusional potensial yaratmaq məqsədilə qurulmuşdur.
ASR Qrupu bu dövr ərzində aktiv fəaliyyətini davam etdirib və xidmətlərini yüksək keyfiyyətli tədqiqat, konsaltinq və təlim xidmətləri göstərməklə və davamlı müştəri məmnuniyyəti və keyfiyyətin artırılması prinsiplərini tətbiq etməklə həyata keçirmişdir. Şirkət öz fəaliyyətini Azərbaycan özəl sektorunun rəqabət qabiliyyətini artırmaq və yerli dövlət qurumlarının institusional fəaliyyətini gücləndirmək missiyası ilə göstərib.
Fevral ayında şirkət, Azərbaycan hökumətinin iqtisadi və sosial sahələrdə həyata keçirdiyi əhəmiyyətli islahatlara və bazarda yeni çağırışların, müvafiq xidmət tələblərinin ortaya çıxmasına cavab olaraq, yenilənmiş missiya və məqsədləri ilə yenidən təşkil edilmiş və yenidən qurulmuşdur. Missiya, məqsədlər və xidmətlər mövcud sosial-iqtisadi və bazar tendensiyaları kontekstində yenidən nəzərdən keçirilmiş, uzunmüddətli planlaşdırma prosesi nəticəsində yenilənmiş və təşkilatın adı ASR Development Consulting Group MMC olaraq dəyişdirilmişdir.
Yenilənmiş hədəfləri və güclü institusional potensialı ilə ASR Development Consulting Group hazırda 50-dən çox peşəkar yerli və beynəlxalq məsləhətçidən ibarət komandası və 100-dən çox uğurlu layihəsi ilə Azərbaycanın və regionun ən etibarlı konsaltinq qruplarından biri kimi lider mövqeyini qorumaqdadır.