15 illik peşəkar fəaliyyət boyunca toplanmış dərin bilik, strateji baxış açısı və praktik təcrübə ilə sizin inkişafınıza xidmət edirik.
İqtisad elmləri üzrə fəlsəfə doktoru (Ph.D.)
"Uğurlu biznes yalnız rəqəmlərdən ibarət deyil — o, insanların həyatını daha yaxşı edən, davamlı dəyər yaradan strategiyaların məhsuludur."
İqtisad elmləri üzrə fəlsəfə doktoru Elxan Mikayılov dövlət idarəçiliyi, strateji planlaşdırma, qida təhlükəsizliyi və biznes inkişafı sahələrində 18 ildən artıq dərin institusional təcrübəyə malik aparıcı idarəetmə və konsaltinq ekspertidir. Karyerası ərzində Azərbaycan Prezidentinin Administrasiyasında iqtisadi islahatlar və aqrar məsələlər üzrə sektor müdiri, həmçinin Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Aparat rəhbəri və Sədrin müşaviri vəzifələrində çalışmışdır. O, ölkənin qida təhlükəsizliyi və sanitar-fitosanitar sisteminin yaradılmasında, qida obyektlərinin HACCP və ISO 22000 standartlarına uyğunlaşdırılmasında və xüsusi ulduz təsnifatı sisteminin qurulmasında mühüm rol oynamışdır. Strateji idarəetmə sahəsində 1000 səhifəlik “Strateji Yol Xəritəsi”nin və “Qida təhlükəsizliyinin təmin olunmasına dair Dövlət Proqramı”nın hazırlanmasına birbaşa rəhbərlik etmişdir. İnvestisiya mühitinin yaxşılaşdırılması üzrə Dövlət Komissiyasının katibliyinə rəhbərlik edərək apardığı islahatlar nəticəsində Azərbaycan Doing Business reytinqində 25 pillə irəliləyərək 32-ci yerə yüksəlmiş, eyni zamanda KOBİA, Əqli Mülkiyyət və Antiinhisar agentliklərinin qurulmasında iştirak etmişdir. Qanunvericilik sahəsində “Qida təhlükəsizliyi haqqında”, “Bitki sağlamlığı haqqında”, “Texniki tənzimləmə haqqında” və “Standartlaşdırma haqqında” qanunların hazırlanmasına töhfə vermiş, həmçinin ÜTT və ISO-nun beynəlxalq işçi qruplarında Azərbaycanı rəsmi təmsil etmişdir. Hazırda ASR Development Consulting Group-un rəhbəri olaraq dövlət və özəl sektora strateji konsaltinq, idarəetmə və beynəlxalq standartlara uyğunlaşma xidmətləri göstərir.
Hər sahədə ixtisaslaşmış mütəxəssislərimizdən ibarət güclü komanda ilə sizin uğurunuz üçün çalışırıq.
Maliyyə, bankçılıq və idarəetmə sahəsində uzunillik peşəkar təcrübəyə malik mütəxəssisdir. Kredit ittifaqları, bank sektoru və maliyyə təşkilatlarında rəhbər vəzifələrdə çalışaraq, strateji inkişaf və layihələrin idarə olunmasında yüksək peşəkarlıq nümayiş etdirmişdir.
Kommersiya strategiyalarının planlaşdırılması, beynəlxalq bazarların monitorinqi, idxal-ixrac əməliyyatlarının koordinasiyası və qida təhlükəsizliyi standartlarının tətbiqi sahəsində geniş rəhbərlik təcrübəsinə malikdir.
Qida sənayesi, aqrar sektor və iaşə müəssisələrində istehsalatın təşkili, keyfiyyətə nəzarət (ISO, HACCP) və proseslərin idarə edilməsi sahəsində böyük idarəçilik təcrübəsinə malikdir. Müəssisələrin təməldən qurulması, layihələndirilməsi və əməliyyat prosedurlarının formalaşdırılmasını həyata keçirir.
Dövlət və özəl sektorda transformasiya təşəbbüsləri, KPI idarəetmə sistemləri, proseslərin optimallaşdırılması, beynəlxalq sertifikasiyalar (FSC, ISCC PLUS, REACH) və qida təhlükəsizliyi strategiyaları üzrə zəngin idarəçilik təcrübəsinə malikdir.
Büdcə planlaması, idarəetmə hesabatlarının hazırlanması, daxili audit (maliyyə və proses auditi), risklərin idarə edilməsi və AR vergi qanunvericiliyinə uyğun vergi/mühasibat uçotunun qurulması sahəsində geniş təcrübəyə malikdir.
Dünya Bankı və USAID kimi beynəlxalq donorların maliyyələşdirdiyi irihəcmli sosial, təhsil və institusional inkişaf layihələrinin planlaşdırılması, icrası, monitorinqi və qiymətləndirilməsində mühüm rəhbərlik təcrübəsinə malik ekspert. Dövlət, özəl sektor və vətəndaş cəmiyyəti qurumlarında fərdi peşəkar bacarıqların inkişafı, təlim modullarının tərtibatı və qeyri-hökumət təşkilatlarının (QHT) institusional gücləndirilməsi istiqamətləri üzrə ixtisaslaşmışdır.
Korporativ hüquq, ÜTT ticarət siyasəti və əqli mülkiyyət sahəsində beynəlxalq səviyyəli təcrübəyə malikdir. Dünya Bankı, EBRD və USAID tərəfindən maliyyələşdirilən irimiqyaslı investisiya, infrastruktur və bərpa olunan enerji layihələrinin hüquqi müşayiətinə rəhbərlik etmişdir. Özəl sektorda idarəçi qismində biznes modellərinin və risk menecmentinin qurulmasını təmin etməklə yanaşı, dövlət orqanları səviyyəsində qanunvericilik aktlarının hazırlanmasında da aktiv fəaliyyət göstərir.
İqtisad elmləri üzrə fəlsəfə doktoru Elxan Mikayılov, dövlət idarəçiliyi, strateji planlaşdırma, qida təhlükəsizliyi və biznes inkişafı sahələrində 18 ildən artıq dərin təcrübəyə malikdir. Azərbaycan Prezidentinin Administrasiyasında və AQTA-da rəhbər vəzifələrdə çalışmış, ölkənin strateji yol xəritələrinin, dövlət proqramlarının və mühüm qanunvericilik aktlarının hazırlanmasına birbaşa rəhbərlik etmişdir.
Aqrar sahədə, xüsusilə irimiqyaslı kənd təsərrüfatı müəssisələrində bitki mühafizəsi və aqronomluq üzrə 10 ildən artıq peşəkar təcrübəyə malikdir. Torpaqşünaslıq, aqrokimya və biologiyanın əsasları istiqamətində dərin akademik biliklərini istehsalatda tətbiq edərək, beynəlxalq keyfiyyət və ətraf mühit standartlarına (ISO 9001, ISO 14001, GLOBALG.A.P.) tam uyğun idarəetmə həyata keçirir.
Ekspertlərimizlə görüş təyin edin, işinizdəki çətinliklər haqqında danışın və sizin üçün ən uyğun həlli birlikdə tapaq.