Pulsuz Diaqnostika
Təcrübəmiz
Təcrübəmizdən

Uğurlu keyslər

Real problemlər, tətbiq etdiyimiz həllər və ölçülə bilən nəticələr. 15 illik peşəkar təcrübəmizin ən parlaq nümunələri.

30+ Tamamlanmış layihə
50+ Müştəri
7 Sektor
Uğurlu Keyslər

Necə fərq yaradırıq

Hər bir layihəmizdə müştərilərimizin biznesini bir addım irəli aparmaq üçün strateji yanaşma tətbiq edirik.

Ət emalı müəssisəsi
Ət emalı müəssisəsi 2023

Soyuq zəncirdə kritik pozuntuların aradan qaldırılması

Müəssisə HACCP tələblərini tam yerinə yetirmirdi. Soyuq zəncirdə kritik pozuntular aşkarlanmış, AQTA tərəfindən xəbərdarlıq alınmışdı.

Tam HACCP planı hazırlandı, 4 kritik nöqtə üçün real vaxt monitorinq sistemi quruldu, heyət 40 saatlıq təlim proqramından keçirildi.

İstehsal itkiləri 20% azaldı
ISO 22000 sertifikatı 8 ayda alındı
AQTA yoxlaması müsbət başa çatdı
Süd istehsalçısı
Süd istehsalçısı 2022

Avropa bazarına IFS sertifikatı ilə çıxış

Şirkətin IFS sertifikasiyasına hazırlığı yox idi. Avropa bazarına ixrac planları sertifikasiya tələbinə görə bloklanmışdı.

Gap analysis aparıldı, 6 aylıq hazırlıq yol xəritəsi hazırlandı, sənəd bazası beynəlxalq standarta uyğunlaşdırıldı.

IFS sertifikatı alındı
İlk il ixracat həcmi 35% artdı
Avropa distribütoru ilə müqavilə imzalandı
HoReCa şəbəkəsi
HoReCa şəbəkəsi 2023

12 filiallı şəbəkədə HR transformasiyası

12 filialı olan restoran şəbəkəsinin insan resursları strukturu səmərəsiz idi. Kadr dövriyyəsi yüksək, müştəri şikayəti sayı artmışdı.

HR audit aparıldı, iş təsvirləri yenidən hazırlandı, performans qiymətləndirmə sistemi quruldu, idarəetmə təlimləri keçirildi.

Kadr dövriyyəsi 45% azaldı
Müştəri məmnuniyyəti 28% yüksəldi
Əməliyyat xərcləri 15% optimallaşdı
Salyan Qida
Salyan Qida Məhsulları
ARAS LTD
ARAS LTD
ARAS LTD
P AND P LTD MMC
ARAS LTD
Zarat İmport Export
Uzun Ömür
Uzun Ömür Süd Məhsulları
Uzun Ömür
Zeytun Pharmaceuticals
Halal Blessing MMC
Uzun Ömür
Aqrar İnnovasiya və Təchizat
Madimilk MMC
Uzun Ömür
Kəndstore MMC
Qalacıq Şərab MMC
Food Supply
Food Supply MMC
Food Supply
Baku Kimya MMC
Food Supply
B-Med MMC
MOK Group
MOK Group (Popeyes)
Təkbir
Təkbir MMC
Baku Store MMC
Portfel

Ekspertlərimizin hazırlanmasında iştirak etdikləri layihələr

ASR Development Consulting Group tərəfindən dövlət qurumları, beynəlxalq inkişaf təşkilatları və özəl sektor üçün həyata keçirilmiş önəmli layihələri. Karta klikləyərək layihə haqqında ətraflı məlumat əldə edin.

20

Azərbaycanın növbəti 10 il üçün inkişaf və iqtisadi islahatlar strategiyasını müəyyən edən, milli iqtisadiyyatı və onun 11 əsas sektorunu əhatə edən 1000 səhifəlik fundamental sənədin hazırlanması prosesində yaxından iştirak etmişdir.

Layihə çərçivəsində dövlət qurumlarının, beynəlxalq təşkilatların və sahibkarların fəaliyyəti vahid platformada uğurla koordinasiya olunmuşdur.

Müddət 10 illik strategiya
Nəticə Uğurla tamamlandı
Strateji yol xəritəsi İqtisadi islahatlar Multi-sektoral koordinasiya

Əhalinin təhlükəsiz qida ilə təmin edilməsi, yerli məhsulların ixrac potensialının artırılması və aqrar sahədə məhsuldarlığın yüksəldilməsi məqsədilə beynəlxalq standartlara uyğun fundamental Dövlət Proqramı hazırlanmışdır.

Sənəd cəmi 10 ay ərzində bütün aidiyyəti dövlət orqanları ilə tam razılaşdırılaraq təsdiq edilmiş, BMT və Dünya Bankı kimi mötəbər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir.

Müddət 10 ay
Tərəfdaşlar BMT, Dünya Bankı
Nəticə Razılaşdırıldı və təsdiqləndi
Dövlət proqramı Qida təhlükəsizliyi Beynəlxalq standartlar

Dövlət proqramlarının, strateji yol xəritələrinin və iqtisadi təşviq layihələrinin icra effektivliyini və nəticəyönümlülüyünü ölçmək üçün tamamilə yeni idarəetmə mexanizmi layihələndirilmişdir.

Buh sistemin institusional tətbiqi məqsədilə strateji monitorinq və qiymətləndirmə səlahiyyətlərinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) verilməsinə dair müvafiq normativ-hüquqi fərman layihəsi hazırlanmışdır.

Fokus İcra effektivliyi
Nəticə Fərman layihəsi hazırlandı
Monitorinq və qiymətləndirmə İdarəetmə mexanizmi Fərman layihəsi

Agentliyin institusional quruculuğunu təmin etmək, qida zəncirinin bütün mərhələlərində "tarladan masaya" prinsipini tətbiq etmək və risk əsaslı nəzarət mexanizmini formalaşdırmaq məqsədilə hərtərəfli institusional inkişaf strategiyası hazırlanmışdır.

Layihə çərçivəsində mövcud laboratoriya infrastrukturunun və qanunvericilik bazasının daxili auditi (SWOT/PESTEL təhlili) aparılmış, qurumun missiya, vizyon və əsas fəaliyyət hədəfləri (KPI) müəyyən edilərək idarəetmə strukturuna inteqrasiya olunmuşdur.

Metodologiya SWOT / PESTEL
Nəticə Struktur inteqrasiyası
Institusional strategiya Tarladan masaya KPI və audit

ASR Development and Consulting Group, USAID-in Azərbaycan Rəqabətlilik və Ticarət Layihəsini (ACT) həyata keçirən Sibley International MMC tərəfindən subpodratçı kimi fəaliyyət göstərib. Layihənin məqsədi biznes üçün ümumi hüquqi və tənzimləyici mühiti təkmilləşdirmək, daha açıq və şəffaf ticarət mühiti yaratmaq və Azərbaycanda dəyər zəncirlərini gücləndirmək olmuşdur. Şirkətimiz layihə çərçivəsində yerli siyasət mütəxəssislərinin vəzifələrinin icrasını təmin etmiş və onlara nəzarət etmişdir.

Yerli komandamız ACT Layihəsinin ÜTT-yə üzvlüklə bağlı bütün yardımlarını idarə etmişdir. Buraya ikitərəfli və çoxtərəfli görüşlərin təşkili, qanun layihələrinə dair şərhlərin monitorinqi, ÜTT üzvlərinin suallarının cavablandırılması, statistikanın toplanması, ticarət islahatlarının təsirinin qiymətləndirilməsi, siyasət sənədlərinin hazırlanması və kənd təsərrüfatı sektoru ilə bağlı danışıqların dəstəklənməsi daxildir.

Performans və Təsir Səviyyəsi: Yerli komandanın intensiv dəstəyi nəticəsində ticarətlə bağlı sahələrdə 60-dan çox qanunvericilik aktı hazırlanmış və onlardan 20-si ÜTT tələblərinə və beynəlxalq təcrübələrə uyğun olaraq qəbul edilmişdir.

Layihə tərəfindən təklif edilən bir sıra institusional islahatlar hökumət tərəfindən uğurla həyata keçirilmişdir. Bütün bu nəticələr biznes və ticarət mühitinin yaxşılaşdırılması, inzibati maneələrin azaldılması və yerli istehsalçıların beynəlxalq bazarlara çıxışının asanlaşdırılmasına əhəmiyyətli töhfə vermişdir.

Dəyər 438 300 USD
Sektor Biznes mühiti & Ticarət
Məkan Azərbaycan respublikası
Sifarişçi Sibley International MMC (USAID)
ÜTT islahatları Qanunvericilik aktları Biznes mühiti

Anlaşma memorandumuna əsasən, ASR Development and Consulting Group tərəfindən 3 ir ərzində Azərbaycan Rəqabətlilik və Ticarət (ACT) layihəsindən faydalanan regional fermerlərlə ardıcıl sorğular aparılmışdır. Monitorinqin əsas məqsədi mərkəzi, cənub və şimal bölgələrində südçülük, akvakultura və nar sahələri üzrə fəaliyyət göstərən təsərrüfatlarda irəliləyişi ölçmək və ACT layihəsinin effektivliyini qiymətləndirmək olmuşdur.

Tədqiqat xronologiyası mərhələli şəkildə uğurla icra edilmişdir:

  • 1-ci il (2011 sentyabr-oktyabr): 250 fermer arasında ilkin sorğu keçirilmişdir.
  • 2-ci il (2012 iyul-noyabr): Regional əhatə genişləndirilərək 405 fermer sorğuya cəlb edilmişdir.
  • 3-cü il (2013 iyun-iyul): Son mərhələdə yenidən 405 fermer arasında yekun qiymətləndirmə aparılmışdır.

Performans və təsir səviyyəsi: Şirkətimizin peşəkar layihə qrupu, fermerlərin təlimlərdə öyrəndikləri innovativ təsərrüfat inkişafı təcrübələrini real iş mühitində necə tətbiq etdiklərini dəqiqliklə izləmişdir. Sorğular vasitəsilə toplanmış empirik məlumatlar əsasında vacib analitik təhlillər icra olunmuşdur.

Bu fəaliyyət ACT layihəsinin regional bizneslərə, xüsusən də istehsal həcminin artırılması, satış dövriyyəsinin yüksəldilməsi və xalis mənfəətin çoxalması istiqamətindəki real iqtisadi təsirlərini və effektivliyini şəffaf şəkildə ölçməyə imkan verən strateji hesabat bazası yaratmışdır.

Dəyər 70 500 USD
Sektor Monitorinq & qiymətləndirmə
Məkan Mərkəzi, cənub və şimal
Sifarişçi USAID — ACT Layihəsi
Regional sahə sorğusu Fermer təsərrüfatı Empirik analiz

ASR Consulting and Research Group, JICA (Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi) və Tokyo Engineering Consultants Co. (TEC) Ltd. tərəfindən maliyyələşdirilən proqram çərçivəsində mühüm tədqiqat layihəsi həyata keçirmişdir. Tədqiqat, "Əyalət Şəhərlərinin Su Təchizatı və Kanalizasiya Layihəsi üzrə Dövlət Proqramı" daxilində icra olunmuşdur.

Sorğunun əsas məqsədi su və kanalizasiya boru kəmərlərinin çəkilməsi məqsədilə istifadə olunacaq torpaq sahələrinin cari bazar qiymətlərini və məhsuldarlığını müəyyən etmək olmuşdur. Layihə çərçivəsində Azərbaycanın 6 fərqli rayonunun 10-dan çox kəndində torpaqların keyfiyyəti, qiymətləri, həmçinin bu sahələrdə yerləşən çoxillik bitki və ağaclar barədə ətraflı məlumatlar toplanaraq geniş hesabat hazırlanmışdır. Bu məqsədlə tədqiqat qrupumuz müxtəlif yerli hökumət orqanları, bələdiyyələr, dövlət notariusları və torpaq sahibi olan fermerlərlə çoxsaylı rəsmi və praktiki görüşlər keçirmişdir.

Performans və təsir səviyyəsi: Bu fəaliyyətlərin və genişmiqyaslı sahə tədqiqatlarının planlaşdırılan əsas strateji faydası infrastruktur quruculuğu zamanı şəffaflığın və ədalətliliyin təmin edilməsi olmuşdur.

Toplanan dəqiq məlumatlar sayəsində, su və kanalizasiya xətlərinin çəkilişi üçün mülklərindən istifadə edilən yerli torpaq sahiblərinə və fermerlərinə Azərbaycan hökuməti tərəfindən ödəniləcək kompensasiya məbləğlərinin tam düzgün, ədalətli və real bazar dəyərinə uyğun hesablanması üçün əvəzedilməz hüquqi-iqtisadi baza formalaşdırılmışdır.

Dəyər 15 328 USD
Sektor Sosial təsir & qiymətləndirmə
Məkan 6 rayon (10+ kənd)
Donor JICA & Tokyo Engineering
Əvəzetmə xərcləri İnfrastruktur tədqiqatı Ədalətli kompensasiya

Gəlir Yaradan Layihə (GYL) proqramının əsas hədəfi məcburi köçkünlərin (MK) həyat keyfiyyətinə birbaşa təsir edən prioritet məsələləri həll etmək, onların icma təşkilatçılığı bacarıqlarını inkişaf etdirmək və MK icmalarına davamlı məşğulluq və sahibkarlıq imkanları yaratmaqda səlahiyyət vermək olmuşdur.

İcma inkişaf mərkəzinin subpodratçısı qismində çıxış edən ASR Development and Consulting Group, bu hədəflərə uyğun olaraq köçkün icmalarının mövcud bazar və iqtisadi şəraitdə effektiv fəaliyyət göstərə bilməsi üçün biznes potensialının gücləndirilməsi fəaliyyətlərini icra etmişdir.

Şirkətimizin peşəkar ekspertləri iştirakçılara kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı istiqamətləri üzrə biznesin idarə edilməsi prinsiplərini öyrətmişdir. Təlim proqramı uçotun aparılması, ümumi mənfəət təhlili, büdcələşdirmə, investisiya və risklərin təhlili, biznes planın hazırlanması, MMC-lərin hüquqi təsisi, vergi qaydaları, kredit xətləri və müasir bazar zəncirinin təhlili kimi fundamental mövzuları əhatə etmişdir.

Performans və təsir səviyyəsi: Layihə çərçivəsində göstərilən intensiv texniki, konsultativ və maliyyə dəstəyi regionlarda çox böyük sosial-iqtisadi canlanmaya səbəb olmuşdur.

Dəyər 300 000 USD
Sektor Sosial & biznes inkişafı
Məkan Azərbaycan (Regional İcmalar)
Sifarişçi İcma inkişaf mərkəzi
Məcburi köçkünlər Biznes potensialı İcma inkişafı

Ölkədə əhalinin daha təhlükəsiz qida ilə təmin edilməsi, kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi və yerli məhsulların xarici ölkələrə ixrac potensialının artırılması.

Dövlət Proqramı qida təhlükəsizliyi sisteminin qurulması üçün Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətlərinin vahid çərçivədə və nəticəyönümlü həyata keçirilməsinə imkan vermişdir.

İl 2019
Nəticə Qəbul edildi
Qida təhlükəsizliyi Dövlət proqramı İxrac inkişafı

Qabaqcıl beynəlxalq təcrübə və standartlar əsasında istehlakçıların təhlükəsiz qida ilə təmin olunması, istehlakçı hüquqlarının müdafiəsi, idxal və ixrac olunan qida məhsullarına nəzarətin təmin edilməsi.

Yerli məhsulların ixracının asanlaşdırılması üçün zəruri hüquqi çərçivə yaradılmış, beynəlxalq standartlarla tam harmonizasiya təmin edilmişdir.

İl 2019
Nəticə Qəbul edildi
Qida hüququ İstehlakçı müdafiəsi Beynəlxalq standartlar

Ölkədə bitki sağlamlığı sahəsində mövcud vəziyyət və qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla fitosanitar nəzarət sisteminin hüquqi əsaslarının təkmilləşdirilməsi.

İdxal-ixrac prosedurlarının beynəlxalq tələblərə uyğunlaşdırılması, fitosanitar nəzarətin gücləndirilməsi üzrə normativ baza formalaşdırılmışdır.

İl 2020
Nəticə Hazırlandı
Bitki sağlamlığı Fitosanitar nəzarət IPPC

Ölkədə heyvan sağlamlığının qorunması, epizootik sabitliyin təmin edilməsi və baytarlıq nəzarətinin beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində qanunvericilik bazasının formalaşdırılması.

OIE (Dünya Heyvan Sağlamlığı Təşkilatı) standartları əsasında baytarlıq xidmətinin institusional quruluşu və nəzarət mexanizmləri hüquqi müstəviyə keçirilmişdir.

İl 2020
Nəticə Hazırlandı
Baytarlıq hüququ OIE standartları Epizootik nəzarət

Ölkədə texniki tənzimləmə sistemində islahatların aparılması, məhsulların təhlükəsizliyinə dair məcburi tələblərin müəyyən edilməsi və bu sahənin beynəlxalq prinsiplərə uyğunlaşdırılması.

Yekun redaksiyanın hazırlanması; ISO/IEC sistemi əsasında uyğunluq qiymətləndirməsinin yenidən strukturlaşdırılması, akkreditasiya orqanlarının hüquqi statusunun gücləndirilməsi həyata keçirilmişdir.

İl 2021
Nəticə Qəbul edildi
Texniki tənzimləmə ISO/IEC Məhsul təhlükəsizliyi

Standartlaşdırma sisteminin müasirləşdirilməsi, sahibkarlıq subyektlərinin könüllü standartların tətbiqinə təşviq edilməsi və milli standartlaşdırma bazasının beynəlxalq tələblərə inteqrasiyası.

Yekun redaksiyanın hazırlanması ilə ISO/IEC beynəlxalq standartlaşdırma prinsipləri tam əks etdirilmiş, könüllü standartların hüquqi çərçivəsi formalaşdırılmışdır.

İl 2021
Nəticə Qəbul edildi
Standartlaşdırma Könüllü standartlar Beynəlxalq inteqrasiya

Ölkədə akkreditasiya sisteminin beynəlxalq tələblərə və prinsiplərə uyğunlaşdırılması, uyğunluğun qiymətləndirilməsi qurumlarının (laboratoriyalar, sertifikatlaşdırma orqanları) şəffaflıq və səriştəlilik meyarlarının müəyyən edilməsi.

Xidmətlərin beynəlxalq səviyyədə tanınması üçün hüquqi bazanın təkmilləşdirilməsi həyata keçirilmiş, EA (Avropa Akkreditasiya) tələbləri tam şəkildə əks etdirilmişdir.

İl 2021
Nəticə Hazırlandı
Akkreditasiya Sertifikatlaşdırma EA standartları

Beynəlxalq qabaqcıl təcrübə əsasında bazarda sağlam rəqabət mühitinin qorunması, inhisarçılıq fəaliyyətinin qarşısının alınması və rəqabət sahəsində institusional islahatların hüquqi çərçivəsinin müəyyən edilməsi.

AB rəqabət hüququnun əsas prinsipləri nəzərə alınaraq Azərbaycan şərtlərinə uyğunlaşdırılmış model formalaşdırılmış, antiinhisar nəzarət mexanizmləri gücləndirilmişdir.

İl 2021
Nəticə Hazırlandı
Rəqabət hüququ Antiinhisar AB standartları

Milli iqtisadiyyatın və onun 11 fərqli sektorunun növbəti 10 il ərzindəki inkişaf və iqtisadi islahatlar strategiyasını müəyyənləşdirən 1000 səhifəlik kompleks sənədlər paketi.

Hazırlanmasında yaxından iştirak edilmiş, işə ümumi rəhbərlik edilmiş və bir neçə Yol Xəritəsi birbaşa hazırlanmışdır.

Sənəd həcmi 1000+ səhifə
Nəticə Qəbul edildi
Strateji planlaşdırma İqtisadi islahat Çoxsektorlu

Ölkənin beynəlxalq reytinqlərdəki (Doing Business, Qlobal Rəqabətlilik, İqtisadi Azadlıq İndeksi və s.) mövqeyinin yaxşılaşdırılması məqsədilə Komissiya daxilində yaradılmış 18 İşçi qrupun fəaliyyətinin əlaqələndirilməsi.

Nazir müavinlərinin sədrlik etdiyi işçi qrupların icra mexanizmləri formalaşdırılmış, tədbirlər planının monitorinq çərçivəsi yaradılmışdır.

İşçi qrupu 18 qrup
Nəticə Tamamlandı
Doing business Biznes mühiti Reytinq inkişafı

Ölkədə qida təhlükəsizliyi sahəsində vahid tənzimləyici və nəzarətedici mərkəzi icra hakimiyyəti orqanının təsis edilməsi, onun institusional strukturunun və fəaliyyət istiqamətlərinin hüquqi əsaslarının müəyyən olunması.

Agentliyin yaradılması ilə dövlət qida nəzarəti funksiyaları vahid çatı altında konsolidasiya edilmiş, sahə üzrə tənzimləmə effektivliyi əhəmiyyətli dərəcədə artırılmışdır.

İl 2018
Nəticə Fərman imzalandı
AQTA İnstitusional islahat Prezident fərmanı

KOB subyektlərinin fəaliyyətinin dəstəklənməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, sahibkarlara dövlət xidmətlərinin vahid məkanda ("KOB Evi") göstərilməsinin hüquqi çərçivəsinin yaradılması.

Agentliyin institusional quruluşu, maliyyə mexanizmləri, KOB evsahibliyi konsepsiyasının hüquqi əsasları formalaşdırılmış, sahə üzrə fəaliyyət sənədləri hazırlanmışdır.

İl 2018
Nəticə Fərman imzalandı
KOBİA KOB dəstəyi Sahibkarlıq

Makroiqtisadi sabitliyin qorunması, manatın məzənnəsinin tənzimlənməsi və maliyyə sektorunun sağlamlaşdırılması tədbirlərinin vahid və koordinasiyalı yanaşma əsasında həyata keçirilməsi mexanizmləri.

Şuranın institusional quruluşu, qərar qəbuletmə prosedurları, üzv qurumların koordinasiya mexanizmləri normativ sənəddə öz əksini tapmışdır.

İl 2016
Nəticə Sərəncam imzalandı
Maliyyə sabitliyi Makroiqtisadiyyat Koordinasiya

Antiinhisar siyasəti, haqsız rəqabətin qarşısının alınması, dövlət satınalmaları və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində effektiv idarəetməni təmin edəcək vahid institusional strukturun təsis edilməsi.

Agentliyin hüquqi statusu, funksional səlahiyyətləri, tənzimləmə alətləri və müstəqillik qarantiyaları normativ-hüquqi aktda tərəflərlə razılaşdırılmışdır.

İl 2022
Nəticə Hazırlandı
Antiinhisar İstehlakçı nəzarəti İnstitusional quruluş

Müəlliflik hüquqları, patent, əmtəə nişanları və digər intellektual mülkiyyət obyektlərinin qorunması sisteminin konsolidasiyası və bu sahədə idarəetmənin optimallaşdırılması.

Dağınıq funksiyaların vahid agentlik çatısı altında birləşdirilməsi, WIPO standartlarına uyğun hüquqi çərçivə, beynəlxalq müqavilə öhdəliklərinin yerinə yetirilməsi mexanizmi müəyyən edilmişdir.

İl 2022
Nəticə Hazırlandı
Əqli mülkiyyət WIPO Patent / müəlliflik

Köhnəlmiş standartlaşdırma institutlarının ləğv edilməsi, müasir keyfiyyət infrastrukturunun qurulması və sahə üzrə tənzimləmə funksiyalarının yenidən bölüşdürülməsi.

Standartlaşdırma, metrologiya, akkreditasiya sahəsindəki institusional dəyişikliklər vahid Prezident Fərmanı çərçivəsində tənzimlənmiş, beynəlxalq praktikaya uyğun model formalaşdırılmışdır.

İl 2018
Nəticə Fərman imzalandı
Standartlaşdırma islahatı Keyfiyyət infrastrukturu İnstitusional dəyişiklik

Dövlət proqramlarının, strateji yol xəritələrinin və iqtisadi təşviq layihələrinin icrasına nəzarətin effektivliyini artırmaq üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) monitorinq və qiymətləndirmə səlahiyyətlərinin verilməsi.

İİTKM-in hüquqi statusu, funksional çərçivəsi, hesabat mexanizmləri və digər dövlət qurumları ilə qarşılıqlı əlaqə prosedurları normativ-hüquqi akt layihəsində öz əksini tapmışdır.

İl 2017
Nəticə Fərman imzalandı
Monitorinq İİTKM Dövlət idarəçiliyi

Xarici ticarət, gömrük, standartlar, intellektual mülkiyyət, sanitariya, baytarlıq və fitosanitariya sahələrində 20-dən çox milli qanunvericilik aktının ÜTT tələblərinə uyğunluğunun analizi.

İkitərəfli və çoxtərəfli ticarət danışıqları üçün arqumentlər və uyğunlaşdırma təklifləri birgə hazırlanmış, GATT, TBT, SPS, TRIPS Sazişləri üzrə boşluq analizi aparılmışdır.

Analiz həcmi 20+ qanunvericilik aktı
Çərçivə ÜTT üzvlük perspektivi
Nəticə Ekspertiza tamamlandı
ÜTT / WTO Boşluq analizi Beynəlxalq ticarət

Daxili bazarın və yerli istehsalçıların xarici dempinq (ədalətsiz ucuz qiymətə idxal) və subsidiyalaşdırılmış idxal təhdidlərindən qorunması üçün hüquqi mexanizmlərin hazırlanması.

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) prinsiplərinə uyğun olaraq mühafizə tədbirlərinin tətbiqi mexanizmlərinin müəyyən edilməsi, antidempinq tədqiqatlarının prosedur çərçivəsi qurulmuşdur.

İl 2020
Çərçivə ÜTT / WTO
Nəticə Layihə hazırlandı
Antidempinq Yerli istehsal müdafiəsi ÜTT uyğunluğu

Dövlət satınalmalarının şəffaflığının artırılması, elektron tender platformalarının hüquqi statusunun müəyyən edilməsi və açıq tender prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılması.

Apellyasiya mexanizmləri, açıq tender prosedurları, elektron satınalma sisteminin hüquqi bazası üzrə normativ sənədlər hazırlanmış, UNCITRAL Model Qanunu nəzərə alınmışdır.

İl 2022
Nəticə Tamamlandı
Dövlət satınalmaları E-Tender Şəffaflıq

Beynəlxalq təcrübə əsasında əmtəə nişanlarının qorunması mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun layihəsinin yekun redaksiyasının hazırlanması və aidiyyəti qurumlarla razılaşdırılaraq qəbuluna nail olunması.

İl 2026
Nəticə Qəbul edildi
Əmtəə nişanları Qanun layihəsi Əqli mülkiyyət

Sənaye mülkiyyəti obyektlərinin hüquqi qorunmasının müasir çağırışlara uyğunlaşdırılması məqsədilə “Patent haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun layihəsinin yekun redaksiyasının hazırlanması və bütün dövlət qurumları ilə razılaşdırılaraq qəbuluna nail olunması.

İl 2026
Nəticə Qəbul edildi
Patent haqqında Qanun layihəsi Sənaye mülkiyyəti
Nəticə tapılmadı
Digər açar söz və ya filtr seçin.
Müştərilərimiz

Bizə inananlar

Dövlət qurumlarından beynəlxalq şirkətlərə qədər geniş müştəri portfelimizlə fəxr edirik.

50+ Müştəri
95% Məmnuniyyət
70% Təkrar əməkdaşlıq
7 Sektor
Müştəri Sektor Aldığı xidmətlər Status
Aras Group Ərzaq holdinqi Ərzaq Sənayesi
Bitki sağlamlığı və aqronomluq xidmətləri Biznesin inkişafı
Aktiv
ZEYTUN PHARMACEUTİCALS MMC Səhiyyə
Qida təhlükəsizliyi
Tamamlanıb
Uzun ömür Sağlam qida Ərzaq sənayesi
Qida təhlükəsizliyi
Aktiv
ZARAT İMPORT EXPORT MMC Kənd təsərrüfatı
Qida təhlükəsizliyi
Tamamlanıb
“Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC Kənd təsərrüfatı
Bitki sağlamlığı və aqronomluq xidmətləri
Aktiv
Salyan Qida Qida istehsalı Ərzaq Sənayesi
Qida təhlükəsizliyi
Aktiv
Kəndstore MMC Kənd təsərrüfatı Kənd Təsərrüfatı
Qida təhlükəsizliyi
Aktiv
Baku Kimya MMC Ərzaq istehsalı Kənd təsərrüfatı
Bitki sağlamlığı və aqronomluq xidmətləri
Aktiv
Dünya Bankı Bank
İnkişaf layihələrinin idarəolunması
Tamamlanıb
USAİD Dövlət
İnkişaf layihələrinin idarəolunması
Tamamlanıb
MOK Group Restoran şəbəkəsi Ərzaq sənayesi
Qida təhlükəsizliyi
Aktiv
Avropa İttifaqı Dövlət
İnkişaf layihələrinin idarəolunması
Tamamlanıb
İqtisaiyyat Nazirliyi Dövlət
Qanunvericilik layihələrinin hazırlanması
Tamamlanıb
Standarlaşdırma, metrologiya və patent üzrə dövlət komitəsi Tibbi vasitələr Dövlət
Qanunvericilik layihələrinin hazırlanması
Tamamlanıb

Siz də uğurlu keyslərimizdən biri olun

Biznesinizi gələcəyə hazırlamaq üçün peşəkar komandamızla əlaqə saxlayın. Pulsuz diaqnostika ilə başlayın.