Pulsuz Diaqnostika
Geri
Strateji Planlaşdırma
Xidmət 03 · Strateji İdarəetmə

Strateji
Idarəetmə xidməti

Dövlət orqanları və özəl bizneslər üçün strateji hədəflərin müəyyənləşdirilməsi, institusional idarəetmənin gücləndirilməsi, büdcə sinxronizasiyası və hesabatlılıq sistemlərinin qurulması — peşəkar konsultasiya ilə.

20+
Expert
15+
İl Sahə Təcrübəsi
20+
Dövlət & Özəl Qurum
Xidmət Paketi

Strateji idarəetmə
Xidmətləri

Dövlət qurumları, beynəlxalq inkişaf təşkilatları və özəl sektor üçün strateji idarəetmə və institusional inkişaf — dərin sahə ekspertizası ilə.

01
Vəziyyətin qiymətləndirilməsi və problemlərin müəyyənləşdirilməsi
Fəaliyyət sahələrinin hərtərəfli qiymətləndirilməsi, müsahibələr və SWOT-analiz vasitəsi ilə mövcud problemlərin dəqiq müəyyənləşdirilməsi və institusional vəziyyətin dəyərləndirilməsi.
SWOT analizi Diaqnostika Müsahibə
02
Strateji hədəflər və proqramların planlaşdırılması
Strateji hədəflərin, konkret vəzifələrin, proqram və layihələrin təhlili və yenidən planlaşdırılması; prioritet proqram fəaliyyətlərinin müəyyən edilməsi və icra yol xəritəsinin hazırlanması.
Strateji hədəflər Yol xəritəsi Prioritetləşdirmə
03
Strateji planın işlənib hazırlanması
Aparılmış təhlil əsasında dövlət və özəl qurumların hərtərəfli strateji planının peşəkar hazırlanması; məlumatların idarəedilməsi sisteminin təkmilləşdirilməsi və icraçı strukturların müəyyən edilməsi.
Strateji sənəd İdarəetmə strukturu
04
Strateji qərar qəbuletmə prosesinin inteqrasiyası
Strateji idarəetmə və qərar qəbuletmə proseslərinin institusional fəaliyyətə tam inteqrasiyası; büdcə sinxronizasiyası və maraqlı tərəflərin cəlb olunması planının tərtibi.
İnstitusional inteqrasiya Büdcə sinxronizasiyası
05
Hesabatlılıq sistemlərinin yaradılması
Dövlət və özəl müəssisələrdə hesabatlılıq sistemlərinin qurulması; idarəetmə hesabat sistemlərinin tətbiqi, təşkilati iş proseslərinin təkmilləşdirilməsi və planların icrasına dəstək göstərilməsi.
Hesabatlılıq İş prosesləri İdarəetmə sistemi
06
Təşkilati strukturun yenidən qurulması
Sosial, iqtisadi və texnoloji trendlərin müəyyənləşdirilməsi də daxil olmaqla dövlət və özəl qurumlarda təşkilati strukturun və fəaliyyətin yenidən qurulmasının dəstəklənməsi.
Restrukturizasiya Trend analizi Dəyişim idarəetməsi
Metodologiya

Strateji idarəetmə
prosesimiz

Beynəlxalq standartlara uyğun, nəticəyönümlü addım-addım metodologiya ilə strateji planlaşdırma xidmətini həyata keçiririk.

01
Diaqnostika və məlumat toplama
Müsahibələr, sorğular və mövcud sənədlərin təhlili vasitəsilə qurumun cari vəziyyətinin hərtərəfli diaqnostikası aparılır. Güclü və zəif tərəflər, imkan və təhlükələr müəyyənləşdirilir.
02
Strateji analiz və prioritetləşdirmə
Toplanan məlumatlar sistemli şəkildə təhlil edilir, strateji istiqamətlər müəyyənləşdirilir, prioritet proqram və layihə fəaliyyətləri sıralanır.
03
Strateji planın hazırlanması
Beynəlxalq metodologiyalara uyğun tam strateji plan sənədi hazırlanır: missiya, vizyon, strateji hədəflər, konkret vəzifələr, icraçılar, vaxt çərçivəsi və indikatorlar daxil edilir.
04
Maraqlı tərəflərlə razılaşdırma
Hazırlanmış strateji plan rəhbərlik, əməkdaşlar və əsas maraqlı tərəflərlə müzakirə edilir, rəylər toplanır və sənəd təkmilləşdirilir. Konsensus əsasında yekun versiya formalaşdırılır.
05
Tətbiq və dəstək
Strateji planın icrası mərhələsində əməkdaşların potensialının artırılması, iş proseslərinin yenidən qurulması və büdcə sinxronizasiyasına dəstək göstərilir.
06
Monitorinq və yenidən nəzərdən keçirmə
Strateji planın icrasının kənar monitorinqi və qiymətləndirilməsi aparılır, hesabatlar hazırlanır, lazım gəldikdə strateji istiqamətlər yenidən nəzərdən keçirilir.
Komandamız

Strateji idarəetmə üzrə ekspert heyətimiz

Hər sahədə sertifikatlı, təcrübəli mütəxəssislərdən ibarət komandamız.

Qismət Abbasov
Strategiya və İnnovasiya
Strateji planlaşsırma xidməti meneceri

QİSMƏT ABBASOV

Strateji inkişaf, Biznes proseslərinin optimizasiyası və inteqrasiya üzrə Baş Ekspert

Həm dövlət, həm də özəl sektorda transformasiya təşəbbüslərinin, artım strategiyalarının və əməliyyat mükəmməlliyinin idarə edilməsində 10 ildən artıq zəngin rəhbərlik təcrübəsinə malik peşəkar. ARASH Company, ALCO LLC, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kimi qurumlarda mühüm departamentlərə rəhbərlik etmişdir. Biznes proseslərinin optimallaşdırılması, KPI idarəetmə sistemlərinin, beynəlxalq standartların tətbiqi və irihəcmli rəqəmsal məlumat sistemlərinin qurulması üzrə ixtisaslaşmışdır.

10+ İl rəhbərlik stajı
4 Böyük qurum və holdinq
KPI və performans idarəetməsi Qlobal brend təsdiqləri və İxrac (OEM) Avtomatlaşdırılmış informasiya sistemləri
Nəticələr

Gözlənilən Faydalar

ASR-in strateji planlaşdırma xidmətlərindən yararlanan dövlət qurumları, inkişaf təşkilatları və özəl sektor üçün real nəticələr.

Strateji aydınlıq
  • Missiya, vizyon və strateji hədəflərin dəqiq formalaşdırılması
  • Prioritetlərin aydın müəyyənləşdirilməsi ilə resursların optimal bölgüsü
  • Fəaliyyət istiqamətlərinin ümumi strateji çərçivəyə uyğunlaşdırılması
  • Qısa, orta və uzunmüddətli hədəflərin balanslaşdırılması
İnstitusional güclənmə
  • Qərar qəbuletmə proseslərinin şəffaflığının artırılması
  • Hesabatlılıq sistemlərinin tətbiqi ilə icra nəzarətinin gücləndirilməsi
  • Strateji idarəetmə mədəniyyətinin qurum daxilində formalaşdırılması
  • Büdcə planlaması ilə strateji hədəflər arasındakı uyumun təmin edilməsi
Vaxt və resurs qənaəti
  • Strateji sənədin hazırlanma müddətinin optimallaşdırılması
  • Daxili resursların prioritet fəaliyyətlərə yönləndirilməsi
  • Donor layihə tələblərinin vaxtında yerinə yetirilməsi
  • Planlaşdırma xərclərinin azaldılması, effektivliyin artırılması
Beynəlxalq standartlara uyğunluq
  • Beynəlxalq donor tələblərinə cavab verən strateji sənədlər
  • BMT, Dünya Bankı, Aİ standartlarına uyğun planlaşdırma çərçivəsi
  • Beynəlxalq investor və tərəfdaşların etimadını qazanma
  • Çoxtərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi
Portfel

Ekspertlərimizin hazırlanmasında iştirak etdiyi Layihələr

ASR Development Consulting Group-un strateji idarəetmə sahəsindəki uğurlu layihə təcrübəsindən nümunələr. Hər karta toxunaraq ətraflı məlumat əldə edin.

Azərbaycanın növbəti 10 il üçün inkişaf və iqtisadi islahatlar strategiyasını müəyyən edən, milli iqtisadiyyatı və onun 11 əsas sektorunu əhatə edən 1000 səhifəlik fundamental sənədin hazırlanması prosesində yaxından iştirak etmişdir.

Layihə çərçivəsində dövlət qurumlarının, beynəlxalq təşkilatların və sahibkarların fəaliyyəti vahid platformada uğurla koordinasiya olunmuşdur.

Müddət 10 illik strategiya
Nəticə Uğurla tamamlandı
Strateji yol xəritəsi İqtisadi islahatlar Multi-sektoral koordinasiya

Əhalinin təhlükəsiz qida ilə təmin edilməsi, yerli məhsulların ixrac potensialının artırılması və aqrar sahədə məhsuldarlığın yüksəldilməsi məqsədilə beynəlxalq standartlara uyğun fundamental Dövlət Proqramı hazırlanmışdır.

Sənəd cəmi 10 ay ərzində bütün aidiyyəti dövlət orqanları ilə tam razılaşdırılaraq təsdiq edilmiş, BMT və Dünya Bankı kimi mötəbər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir.

Müddət 10 ay
Tərəfdaşlar BMT, Dünya bankı
Nəticə Razılaşdırıldı və təsdiqləndi
Dövlət proqramı Qida təhlükəsizliyi Beynəlxalq standartlar

Dövlət proqramlarının, strateji yol xəritələrinin və iqtisadi təşviq layihələrinin icra effektivliyini və nəticəyönümlülüyünü ölçmək üçün tamamilə yeni idarəetmə mexanizmi layihələndirilmişdir.

Bu sistemin institusional tətbiqi məqsədilə strateji monitorinq və qiymətləndirmə səlahiyyətlərinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) verilməsinə dair müvafiq normativ-hüquqi fərman layihəsi hazırlanmışdır.

Fokus İcra effektivliyi
Nəticə Fərman layihəsi hazırlandı
Monitorinq və qiymətləndirmə İdarəetmə mexanizmi Fərman layihəsi

Agentliyin institusional quruculuğunu təmin etmək, qida zəncirinin bütün mərhələlərində "tarladan masaya" prinsipini tətbiq etmək və risk əsaslı nəzarət mexanizmini formalaşdırmaq məqsədilə hərtərəfli institusional inkişaf strategiyası hazırlanmışdır.

Layihə çərçivəsində mövcud laboratoriya infrastrukturunun və qanunvericilik bazasının daxili auditi (SWOT/PESTEL təhlili) aparılmış, qurumun missiya, vizyon və əsas fəaliyyət hədəfləri (KPI) müəyyən edilərək idarəetmə strukturuna inteqrasiya olunmuşdur.

Metodologiya SWOT / PESTEL
Nəticə Struktur inteqrasiyası
Institusional strategiya Tarladan masaya KPI və audit
Müraciət

Strateji idarəetmə üzrə
Ekspert dəstəyi Alın

Dövlət qurumu, inkişaf layihəsi və ya özəl sektor — strateji plan hazırlanması, institusional inkişaf, büdcə sinxronizasiyası üzrə komandamız sizinlə işləməyə hazırdır.