Aqrobiznes, fermer təsərrüfatları, kənd təsərrüfatı məhsulları üzrə geniş spektrli peşəkar məsləhət xidmətləri göstəririk.
ASR Development Consulting Group olaraq, kənd təsərrüfatı sektorunda geniş təcrübəyə malik peşəkar komandamız ilə müştərilərimizə yüksək keyfiyyətli məsləhət xidmətləri göstəririk. Biz aqrobiznesin inkişafı, fermer təsərrüfatlarının modernləşdirilməsi və kənd təsərrüfatı məhsullarının bazar potensialının artırılması istiqamətində fəaliyyət göstəririk.
Şirkətimizin ekspert heyəti kənd təsərrüfatı siyasətinin formalaşdırılması, qida təhlükəsizliyi standartlarının tətbiqi və beynəlxalq ticarət qaydalarına uyğunluq sahələrində dərin bilik və praktik təcrübəyə malikdir.
Kənd təsərrüfatı ilə bağlı bütün ehtiyaclarınız üçün peşəkar həllər təqdim edirik.
Hər sahədə sertifikatlı, təcrübəli mütəxəssislərdən ibarət komandamız.
Qida təhlükəsizliyi və keyfiyyət üzrə auditor. Sahə üzrə rəsmi müfəttiş təcrübəsinə malik olmaqla, 2016-cı ildən etibarən qida sektorunda biznes subyektlərinə məsləhət, peşəkar dəstək və təlim xidmətlərinin göstərilməsində zəngin təcrübə.
Göstərdiyi xidmətlər:
Qida istehsalı menecmenti və qida təhlükəsizliyi sistemlərinin tətbiqi üzrə geniş təcrübəyə malik ekspert. Beynəlxalq auditlərin keçirilməsi və layihələrin idarə olunması üzrə peşəkar.
Göstərdiyi xidmətlər:
Beynəlxalq inkişaf, Avropa İttifaqı (Aİ), Dünya Bankı, BMT və AYİB standartları üzrə 15 ildən artıq təcrübəyə malik rəhbər mütəxəssis. 6 milyon avrodan çox həcmdə qrant portfelinin idarə edilməsi, maliyyə monitorinqi və strateji hesabatlıq sahəsində geniş idarəçilik təcrübəsi.
Göstərdiyi xidmətlər:
Gülbəniz Hacıyeva — qida təhlükəsizliyi, keyfiyyət idarəetməsi və istehsalat sahəsində 10 ilə yaxın peşəkar təcrübəyə malik auditor və mütəxəssisdir. O, qida sənayesində daxili auditlərin aparılması, risklərin idarə olunması və HACCP sistemlərinin qurulmasında geniş praktiki bilik qazanmışdır. Eyni zamanda ISO 22000, ISO 9001, BRCGS, IFS və ISO/IEC 17025 standartları üzrə təlim və sertifikatlara sahibdir.
Göstərdiyi xidmətlər:
Qida sənayesi, xüsusilə quş əti emalı və dondurulmuş məhsulların istehsalı sahəsində 20 ildən artıq rəhbərlik və idarəetmə təcrübəsi.
Göstərdiyi xidmətlər:
Məlumat analitikası, biznes proseslərinin optimallaşdırılması və strateji hesabatlıq üzrə mütəxəssis. Böyük həcmli dataların statistik təhlili, idarəetmə və maliyyə modellərinin qurulması sahəsində rəhbərlik təcrübəsi.
Göstərdiyi xidmətlər:
Beynəlxalq ticarət, iqtisadi tədqiqat və siyasət təhlili üzrə BMT, ÜTT və Aİ layihələrində geniş təcrübəyə malik beynəlxalq məsləhətçi.
Göstərdiyi xidmətlər:
İqtisadi islahatlar, qeyri-neft ixracının təhlili və makroiqtisadi siyasət üzrə ixtisaslaşmış iqtisadçı. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində rəhbər vəzifələrdə geniş təcrübə.
Göstərdiyi xidmətlər:
Dövlət və özəl sektorda transformasiya təşəbbüsləri, rəqəmsal inkişaf, KPI əsaslı performans idarəetməsi və strateji planlaşdırma üzrə 10 ildən artıq təcrübəyə malik rəhbər idarəçi.
Göstərdiyi xidmətlər:
Strateji İdarəetmə
Dövlət Qurumları ilə Əlaqələrin İdarəedilməsi
Dövlət qurumları, beynəlxalq təşkilatlar (Aİ, BMTMƏ, ADB, Dünya Bankı) və özəl sektor layihələrində milli və sektor səviyyəli proqramların idarə edilməsi, investisiyaların qiymətləndirilməsi və KPI sistemlərinin qurulması üzrə baş mütəxəssis.
Göstərdiyi xidmətlər:
Dövlət və özəl təşkilatların tələblərinə uyğun investisiya layihələrinin (biznes-plan, Feasibility analizi) hazırlanması üzrə ixtisaslaşmış məsləhətçi. Daşınar və daşınmaz əmlakın, biznesin qiymətləndirilməsi, vergiqoyma və BMHS-a keçid sahəsində geniş təcrübəyə malik ekspert.
Göstərdiyi xidmətlər:
Beynəlxalq ticarət siyasəti, korporativ hüquq, əqli mülkiyyət hüquqları (IPR) və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) normaları üzrə zəngin təcrübəyə malik hüquqşünas. Dövlət qurumlarının, beynəlxalq layihələrin (AB, USAID, BMT, Dünya Bankı) və özəl sektorun hüquqi potensialının gücləndirilməsi, qanunvericilik aktlarının hazırlanması və İSO standartlarının tətbiqi proseslərində rəhbər və ekspert qismində çıxış etmişdir.
Göstərdiyi xidmətlər:
Biznes hüququ, beynəlxalq arbitraj və layihə ekspertizası üzrə mütəxəssis. Dünya Bankı, UNESCO, donor təşkilatlar və nazirliklər üçün institusional layihələrin, transmilli əməliyyatların və hüquqi sənədlərin hazırlanması üzrə geniş təcrübə.
Göstərdiyi xidmətlər:
Kommersiya hüququ, irimiqyaslı müqavilələrin idarə edilməsi, əqli mülkiyyət hüququ (IPR) və ÜTT (WTO) qanunvericiliyi sahəsində zəngin təcrübəyə malik peşəkar hüquqşünas. Müqavilə risklərinin minimallaşdırılması, beynəlxalq ISO standartlarının tətbiqi, komplayens və daxili auditlərin idarə edilməsində qabaqcıl idarəetmə bacarıqlarına malikdir.
Göstərdiyi xidmətlər:
bp, Avropa İttifaqı (EU Twinning) və BMT/FAO maliyyəli layihələri dizayn edib idarə etmiş, PSPO I sertifikatlı layihə meneceri. 10-dan çox irihəcmli layihəni uğurla tamamlamış, 12 ölkədə beynəlxalq komandalarla əməkdaşlıq etmişdir. Waterfall və Agile/Scrum metodologiyaları üzrə dərin praktik təcrübəyə malik, 300-dən artıq müxtəlif miqyaslı tədbirə rəhbərlik etmişdir.
Göstərdiyi xidmətlər: