Pulsuz Diaqnostika
Geri
Pomidor
Xidmət 02 · İqtisadi-Hüquqi Məsləhət

Qanunvericilik
layihələrinin hazırlanması və expertizası

Beynəlxalq standartlar əsasında islahat ssenarilərinin hazırlanması, qanun layihələrinin qurulması, tənzimləyici təsirin qiymətləndirilməsi — yerli və xarici ekspertlərlə peşəkar konsultasiya.

60+
Qanunvericilik Aktı Hazırlanıb
15+
İl Sahə Təcrübəsi
50+
Yerli & Beynəlxalq Ekspert
Xidmət paketi

Qanunvericilik
layihələrinin hazırlanması

Dövlət qurumları, beynəlxalq inkişaf təşkilatları və özəl sektor üçün iqtisadi islahat sənədlərinin hazırlanması — dərin sahə ekspertizası ilə.

01
Mövcud qanunvericiliyin Təhlili
Qabaqcıl beynəlxalq təcrübə əsasında yeni normativ hüquqi aktların, qanun layihələrinin və uyğunlaşdırma paketlərinin hazırlanması; sosial-iqtisadi sahəyə və biznes mühitinə potensial təsirlərin analitik ölçülməsi üçün Tənzimləyici Təsirin Qiymətləndirilməsinin (TTQ) aparılması.
Qanunvericilik məsləhətləri Tənzimləyici təsir (TTQ) Hüquqi uyğunlaşdırma
02
Yeni qanunvericilik aktlarının hazırlanması
Sektoral mütəxəssislər və hüquqşünaslarla birgə qabaqcıl beynəlxalq təcrübəyə uyğun yeni qanunların, qaydaların və digər normativ hüquqi aktların layihələrinin peşəkar hazırlanması.
Qanun layihəsi Beynəlxalq standartlar Normativ aktlar
03
Uyğunlaşdırma paketlərinin hazırlanması
Mövcud hüquqi bazanın yeni qəbul edilmiş qanun və qaydalara tam uzlaşdırılması üçün müvafiq dəyişikliklər paketinin formalaşdırılması — sistemli hüquqi harmonizasiya.
Hüquqi harmonizasiya Dəyişikliklər paketi
04
Linqvistik ekspertiza və redaktə
Qanun layihələrinin peşəkar linqvistik ekspertizası vasitəsilə terminoloji dəqiqliyinin, hüquqi mətnin dürüstlüyünün və ardıcıllığının təmin edilməsi — keyfiyyət yoxlanışı.
Linqvistik ekspertiza Hüquqi dil
05
Əsaslandırıcı sənədlərin hazırlanması
Qanun layihələrinə dair izahat vərəqələrinin, iqtisadi əsaslandırmaların, müşayiətedici təqdimatların yüksək keyfiyyətdə hazırlanması; parlament müzakirələrinə hazırlıq dəstəyi.
İzahat vərəqəsi İqtisadi əsaslandırma Parlament dəstəyi
06
Tənzimləyici Təsirin Qiymətləndirilməsi (TTQ)
Yeni və ya mövcud qanunvericilik aktlarının sosial-iqtisadi sahəyə, biznes mühitinə, investisiya iqlimə və büdcəyə potensial təsirlərinin analitik ölçülməsi; RIA metodologiyası.
RIA / TTQ Sosial-iqtisadi analiz Biznes mühiti
İş Metodologiyası

Qanunvericilik layihəsinin
6 Addımlı Hazırlanması

Problemin diaqnostikasından parlament müzakirəsinə qədər — strukturlaşdırılmış və şəffaf proses.

1
Diaqnostika
Mövcud vəziyyətin təhlili
Hədəf sahədə mövcud qanunvericilik bazasının, sahəvi problemlərin, boşluqların və beynəlxalq ən yaxşı təcrübənin sistemli analizi. Maraqlı tərəflərlə müsahibələr, fokus qruplar, məlumat toplanması.
2
Konsepsiya
Qanunvericilik aktlarının və dəyişikliklərin layihələndirilməsi
Qabaqcıl beynəlxalq təcrübə əsasında yeni qanun və qayda layihələrinin, həmçinin mövcud hüquqi bazanın tam uzlaşdırılması üçün dəyişikliklər paketlərinin tərtib edilməsi.
3
Hazırlıq
Qanun layihəsinin yazılması
Seçilmiş ssenarilər əsasında sektoral mütəxəssislər, hüquqşünaslar və linqvistlər cəlb edilməklə qanun layihəsinin, izahat vərəqəsinin və əlavə sənədlərin hazırlanması. Beynəlxalq standartlara tam uyğunluq.
4
Analiz
Tənzimləyici təsirin qiymətləndirilməsi
Hazırlanmış qanun layihəsinin sosial-iqtisadi sahəyə, biznes mühitinə, dövlət büdcəsinə və investisiya iqlimə potensial təsirlərinin RIA metodologiyası ilə ölçülməsi və hesabatın hazırlanması.
5
Konsultasiya
İctimai müzakirə və razılaşdırma
Maraqlı tərəflərlə, peşəkar birliklərlə, biznes assosiasiyaları ilə dəyirmi masalar, ictimai müzakirələr; alınan rəylər əsasında qanun layihəsinin təkmilləşdirilməsi.
6
Yekun
Son paket və parlamentə dəstək
Tam sənədlər paketinin (qanun layihəsi, izahat vərəqəsi, TTQ hesabatı, müqayisəli cədvəl) çatdırılması; qurumun parlament müzakirələrinə hazırlığına texniki dəstəyin göstərilməsi.
Niyə ASR qrupu?

Dövlət orqanlarından
Gələn ekspertlər

Komandamız müvafiq dövlət orqanlarında rəsmi yoxlayıcı, qərarverici və siyasət hazırlayıcı vəzifələrdə çalışmış mütəxəssislərdən ibarətdir. Bu, bürokratik prosesləri, qanunvericiliyin incəliklərini və islahat mühitini daxildən anlayan bir komanda deməkdir. USAID ACT, Dünya Bankı, SECO, Aİ kimi böyük beynəlxalq layihələrin icrasında bilavasitə iştirak etmiş 50-dən artıq ekspert.

60+
Hazırlanmış qanunvericilik aktı
15+
İl Sahə təcrübəsi
50+
Yerli & beynəlxalq ekspert
10+
Dövlət qurumu ilə əməkdaşlıq
Komandamız

Qanunvericilik layihələri üzrə ekspert heyətimiz

Hər sahədə sertifikatlı, təcrübəli mütəxəssislərdən ibarət komandamız.

Fikrin Bektaşi
Hüquq eksperti
Biznes hüququ və qanunvericilik üzrə ekspert

FİKRİN BEKTAŞİ

Beynəlxalq ticarət, korporativ hüquq və ÜTT üzrə hüquq eksperti

Beynəlxalq ticarət siyasəti, korporativ hüquq, əqli mülkiyyət hüquqları (IPR) və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) normaları üzrə zəngin təcrübəyə malik hüquqşünas. Dövlət qurumlarının, beynəlxalq layihələrin (AB, USAID, BMT, Dünya Bankı) və özəl sektorun hüquqi potensialının gücləndirilməsi, qanunvericilik aktlarının hazırlanması və İSO standartlarının tətbiqi proseslərində rəhbər və ekspert qismində çıxış etmişdir.

20+ İl təcrübə
18 Qanun layihəsi
100+ Şirkətə dəstək
Müqavilələrin idarə olunması (FIDIC) Korrupsiyaya qarşı mübarizə eksperti ÜTT və gömrük qanunvericiliyi Dövlət idarəçiliyi (Magistr)
Nəticələr

Gözlənilən Faydalar

ASR-in iqtisadi siyasət və qanunvericilik xidmətlərindən yararlanan dövlət qurumları, inkişaf təşkilatları və özəl sektor üçün real nəticələr.

Hüquqi keyfiyyət
  • Beynəlxalq standartlara tam uyğun qanun layihələri
  • Terminoloji dəqiqlik və hüquqi ardıcıllıq
  • Mövcud qanunvericilik bazası ilə ziddiyyətsizlik
  • WTO, EU normalarına uyğunlaşdırılmış sənədlər
Siyasət effektivliyi
  • Fakt əsaslı islahat qərarlarının qəbul edilməsi
  • İslahatın potensial təsirinin öncədən ölçülməsi
  • Alternativ ssenarilərin müqayisəli qiymətləndirilməsi
  • Qanun qüvvəyə mindikdən sonra tətbiq riskinin azaldılması
Vaxt və resurs qənaəti
  • Qanun layihəsinin hazırlanma müddətinin qısaldılması
  • Daxili ekspert xərclərinin optimallaşdırılması
  • Donor layihə tələblərinin vaxtında yerinə yetirilməsi
  • Prosedur xətaların minimuma endirilməsi
Beynəlxalq inteqrasiya
  • Ticarət tərəfdaşları ilə hüquqi harmonizasiya
  • Beynəlxalq investorlar üçün şəffaf hüquqi mühit
  • İxrac bazarlarına çıxışın asanlaşdırılması
  • Donor qurumlarla əlaqənin gücləndirilməsi
Portfel

Ekspertlərimizin hazırlanmasında iştirak etdikləri Qanunvericilik layihələri

ASR Development Consulting Group tərəfindən dövlət qurumları, beynəlxalq inkişaf təşkilatları və özəl sektor üçün həyata keçirilmiş qanunvericilik layihələri. Karta klikləyərək layihə haqqında ətraflı məlumat əldə edin.

20

Ölkədə əhalinin daha təhlükəsiz qida ilə təmin edilməsi, kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi və yerli məhsulların xarici ölkələrə ixrac potensialının artırılması.

Dövlət Proqramı qida təhlükəsizliyi sisteminin qurulması üçün Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətlərinin vahid çərçivədə və nəticəyönümlü həyata keçirilməsinə imkan vermişdir.

İl 2019
Nəticə Qəbul edildi
Qida təhlükəsizliyi Dövlət proqramı İxrac inkişafı

Qabaqcıl beynəlxalq təcrübə və standartlar əsasında istehlakçıların təhlükəsiz qida ilə təmin olunması, istehlakçı hüquqlarının müdafiəsi, idxal və ixrac olunan qida məhsullarına nəzarətin təmin edilməsi.

Yerli məhsulların ixracının asanlaşdırılması üçün zəruri hüquqi çərçivə yaradılmış, beynəlxalq standartlarla tam harmonizasiya təmin edilmişdir.

İl 2019
Nəticə Qəbul edildi
Qida hüququ İstehlakçı müdafiəsi Beynəlxalq standartlar

Ölkədə bitki sağlamlığı sahəsində mövcud vəziyyət və qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla fitosanitar nəzarət sisteminin hüquqi əsaslarının təkmilləşdirilməsi.

İdxal-ixrac prosedurlarının beynəlxalq tələblərə uyğunlaşdırılması, fitosanitar nəzarətin gücləndirilməsi üzrə normativ baza formalaşdırılmışdır.

İl 2020
Nəticə Hazırlandı
Bitki sağlamlığı Fitosanitar nəzarət IPPC

Ölkədə heyvan sağlamlığının qorunması, epizootik sabitliyin təmin edilməsi və baytarlıq nəzarətinin beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində qanunvericilik bazasının formalaşdırılması.

OIE (Dünya Heyvan Sağlamlığı Təşkilatı) standartları əsasında baytarlıq xidmətinin institusional quruluşu və nəzarət mexanizmləri hüquqi müstəviyə keçirilmişdir.

İl 2020
Nəticə Hazırlandı
Baytarlıq hüququ OIE standartları Epizootik nəzarət

Ölkədə texniki tənzimləmə sistemində islahatların aparılması, məhsulların təhlükəsizliyinə dair məcburi tələblərin müəyyən edilməsi və bu sahənin beynəlxalq prinsiplərə uyğunlaşdırılması.

Yekun redaksiyanın hazırlanması; ISO/IEC sistemi əsasında uyğunluq qiymətləndirməsinin yenidən strukturlaşdırılması, akkreditasiya orqanlarının hüquqi statusunun gücləndirilməsi həyata keçirilmişdir.

İl 2021
Nəticə Qəbul edildi
Texniki tənzimləmə ISO/IEC Məhsul təhlükəsizliyi

Standartlaşdırma sisteminin müasirləşdirilməsi, sahibkarlıq subyektlərinin könüllü standartların tətbiqinə təşviq edilməsi və milli standartlaşdırma bazasının beynəlxalq tələblərə inteqrasiyası.

Yekun redaksiyanın hazırlanması ilə ISO/IEC beynəlxalq standartlaşdırma prinsipləri tam əks etdirilmiş, könüllü standartların hüquqi çərçivəsi formalaşdırılmışdır.

İl 2021
Nəticə Qəbul edildi
Standartlaşdırma Könüllü standartlar Beynəlxalq inteqrasiya

Ölkədə akkreditasiya sisteminin beynəlxalq tələblərə və prinsiplərə uyğunlaşdırılması, uyğunluğun qiymətləndirilməsi qurumlarının (laboratoriyalar, sertifikatlaşdırma orqanları) şəffaflıq və səriştəlilik meyarlarının müəyyən edilməsi.

Xidmətlərin beynəlxalq səviyyədə tanınması üçün hüquqi bazanın təkmilləşdirilməsi həyata keçirilmiş, EA (Avropa Akkreditasiya) tələbləri tam şəkildə əks etdirilmişdir.

İl 2021
Nəticə Hazırlandı
Akkreditasiya Sertifikatlaşdırma EA standartları

Beynəlxalq qabaqcıl təcrübə əsasında bazarda sağlam rəqabət mühitinin qorunması, inhisarçılıq fəaliyyətinin qarşısının alınması və rəqabət sahəsində institusional islahatların hüquqi çərçivəsinin müəyyən edilməsi.

AB rəqabət hüququnun əsas prinsipləri nəzərə alınaraq Azərbaycan şərtlərinə uyğunlaşdırılmış model formalaşdırılmış, antiinhisar nəzarət mexanizmləri gücləndirilmişdir.

İl 2021
Nəticə Hazırlandı
Rəqabət hüququ Antiinhisar AB standartları

Milli iqtisadiyyatın və onun 11 fərqli sektorunun növbəti 10 il ərzindəki inkişaf və iqtisadi islahatlar strategiyasını müəyyənləşdirən 1000 səhifəlik kompleks sənədlər paketi.

Hazırlanmasında yaxından iştirak edilmiş, işə ümumi rəhbərlik edilmiş və bir neçə Yol Xəritəsi birbaşa hazırlanmışdır.

Sənəd həcmi 1000+ səhifə
Nəticə Qəbul edildi
Strateji planlaşdırma İqtisadi islahat Çoxsektorlu

Ölkənin beynəlxalq reytinqlərdəki (Doing Business, Qlobal Rəqabətlilik, İqtisadi Azadlıq İndeksi və s.) mövqeyinin yaxşılaşdırılması məqsədilə Komissiya daxilində yaradılmış 18 İşçi qrupun fəaliyyətinin əlaqələndirilməsi.

Nazir müavinlərinin sədrlik etdiyi işçi qrupların icra mexanizmləri formalaşdırılmış, tədbirlər planının monitorinq çərçivəsi yaradılmışdır.

İşçi qrupu 18 qrup
Nəticə Tamamlandı
Doing business Biznes mühiti Reytinq inkişafı

Ölkədə qida təhlükəsizliyi sahəsində vahid tənzimləyici və nəzarətedici mərkəzi icra hakimiyyəti orqanının təsis edilməsi, onun institusional strukturunun və fəaliyyət istiqamətlərinin hüquqi əsaslarının müəyyən olunması.

Agentliyin yaradılması ilə dövlət qida nəzarəti funksiyaları vahid çatı altında konsolidasiya edilmiş, sahə üzrə tənzimləmə effektivliyi əhəmiyyətli dərəcədə artırılmışdır.

İl 2018
Nəticə Fərman imzalandı
AQTA İnstitusional islahat Prezident fərmanı

KOB subyektlərinin fəaliyyətinin dəstəklənməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, sahibkarlara dövlət xidmətlərinin vahid məkanda ("KOB Evi") göstərilməsinin hüquqi çərçivəsinin yaradılması.

Agentliyin institusional quruluşu, maliyyə mexanizmləri, KOB evsahibliyi konsepsiyasının hüquqi əsasları formalaşdırılmış, sahə üzrə fəaliyyət sənədləri hazırlanmışdır.

İl 2018
Nəticə Fərman imzalandı
KOBİA KOB dəstəyi Sahibkarlıq

Makroiqtisadi sabitliyin qorunması, manatın məzənnəsinin tənzimlənməsi və maliyyə sektorunun sağlamlaşdırılması tədbirlərinin vahid və koordinasiyalı yanaşma əsasında həyata keçirilməsi mexanizmləri.

Şuranın institusional quruluşu, qərar qəbuletmə prosedurları, üzv qurumların koordinasiya mexanizmləri normativ sənəddə öz əksini tapmışdır.

İl 2016
Nəticə Sərəncam imzalandı
Maliyyə Sabitliyi Makroiqtisadiyyat Koordinasiya

Antiinhisar siyasəti, haqsız rəqabətin qarşısının alınması, dövlət satınalmaları və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində effektiv idarəetməni təmin edəcək vahid institusional strukturun təsis edilməsi.

Agentliyin hüquqi statusu, funksional səlahiyyətləri, tənzimləmə alətləri və müstəqillik qarantiyaları normativ-hüquqi aktda tərəflərlə razılaşdırılmışdır.

İl 2022
Nəticə Hazırlandı
Antiinhisar İstehlakçı Nəzarəti İnstitusional Quruluş

Müəlliflik hüquqları, patent, əmtəə nişanları və digər intellektual mülkiyyət obyektlərinin qorunması sisteminin konsolidasiyası və bu sahədə idarəetmənin optimallaşdırılması.

Dağınıq funksiyaların vahid agentlik çatısı altında birləşdirilməsi, WIPO standartlarına uyğun hüquqi çərçivə, beynəlxalq müqavilə öhdəliklərinin yerinə yetirilməsi mexanizmi müəyyən edilmişdir.

İl 2022
Nəticə Hazırlandı
Əqli mülkiyyət WIPO Patent / müəlliflik

Köhnəlmiş standartlaşdırma institutlarının ləğv edilməsi, müasir keyfiyyət infrastrukturunun qurulması və sahə üzrə tənzimləmə funksiyalarının yenidən bölüşdürülməsi.

Standartlaşdırma, metrologiya, akkreditasiya sahəsindəki institusional dəyişikliklər vahid Prezident Fərmanı çərçivəsində tənzimlənmiş, beynəlxalq praktikaya uyğun model formalaşdırılmışdır.

İl 2018
Nəticə Fərman imzalandı
Standartlaşdırma islahatı Keyfiyyət infrastrukturu İnstitusional dəyişiklik

Dövlət proqramlarının, strateji yol xəritələrinin və iqtisadi təşviq layihələrinin icrasına nəzarətin effektivliyini artırmaq üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) monitorinq və qiymətləndirmə səlahiyyətlərinin verilməsi.

İİTKM-in hüquqi statusu, funksional çərçivəsi, hesabat mexanizmləri və digər dövlət qurumları ilə qarşılıqlı əlaqə prosedurları normativ-hüquqi akt layihəsində öz əksini tapmışdır.

İl 2017
Nəticə Fərman imzalandı
Monitorinq İİTKM Dövlət idarəçiliyi

Xarici ticarət, gömrük, standartlar, intellektual mülkiyyət, sanitariya, baytarlıq və fitosanitariya sahələrində 20-dən çox milli qanunvericilik aktının ÜTT tələblərinə uyğunluğunun analizi.

İkitərəfli və çoxtərəfli ticarət danışıqları üçün arqumentlər və uyğunlaşdırma təklifləri birgə hazırlanmış, GATT, TBT, SPS, TRIPS Sazişləri üzrə boşluq analizi aparılmışdır.

Analiz həcmi 20+ qanunvericilik aktı
Çərçivə ÜTT Üzvlük Perspektivi
Nəticə Ekspertiza tamamlandı
ÜTT / WTO Boşluq analizi Beynəlxalq ticarət

Daxili bazarın və yerli istehsalçıların xarici dempinq (ədalətsiz ucuz qiymətə idxal) və subsidiyalaşdırılmış idxal təhdidlərindən qorunması üçün hüquqi mexanizmlərin hazırlanması.

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) prinsiplərinə uyğun olaraq mühafizə tədbirlərinin tətbiqi mexanizmlərinin müəyyən edilməsi, antidempinq tədqiqatlarının prosedur çərçivəsi qurulmuşdur.

İl 2020
Çərçivə ÜTT / WTO
Nəticə Layihə hazırlandı
Antidempinq Yerli istehsal müdafiəsi ÜTT uyğunluğu

Dövlət satınalmalarının şəffaflığının artırılması, elektron tender platformalarının hüquqi statusunun müəyyən edilməsi və açıq tender prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılması.

Apellyasiya mexanizmləri, açıq tender prosedurları, elektron satınalma sisteminin hüquqi bazası üzrə normativ sənədlər hazırlanmış, UNCITRAL Model Qanunu nəzərə alınmışdır.

İl 2022
Nəticə Tamamlandı
Dövlət satınalmaları E-Tender Şəffaflıq

Beynəlxalq təcrübə əsasında əmtəə nişanlarının qorunması mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun layihəsinin yekun redaksiyasının hazırlanması və aidiyyəti qurumlarla razılaşdırılaraq qəbuluna nail olunması.

İl 2026
Nəticə Qəbul edildi
Əmtəə nişanları Qanun layihəsi Əqli mülkiyyət

Sənaye mülkiyyəti obyektlərinin hüquqi qorunmasının müasir çağırışlara uyğunlaşdırılması məqsədilə “Patent haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun layihəsinin yekun redaksiyasının hazırlanması və bütün dövlət qurumları ilə razılaşdırılaraq qəbuluna nail olunması.

İl 2026
Nəticə Qəbul edildi
Patent haqqında Qanun layihəsi Sənaye mülkiyyəti
Nəticə tapılmadı
Digər açar söz və ya filtr seçin.
Müraciət

Qanunvericilik layihələləri üzrə
Ekspert dəstəyi Alın

Dövlət qurumu, inkişaf layihəsi və ya özəl sektor — qanunvericilik məsləhəti, islahat ssenariləri, TTQ hesabatı üzrə komandamız sizinlə işləməyə hazırdır.